BMT-də islahat aparmaq mümkün olacaqmı?
Tarix: 12.09.2017 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Tramp BMT-də islahatlar aparılması ilə bağlı tezislərini Baş Assambleyanın sentyabrın 18-də keçiriləcək sessiyasında açıqlayacaq

Nyu-Yokrda BMT Bas Assambleyasının sessiyası keçiriləcək. 72-ci sessiyanın əsas gündəmi BMT-də islahatların aparılması olacaq. Nəzərə almaq lazımdır ki, ABŞ dövlət başçısı Donald Tramp hələ seçki kampaniyası zamanı BMT-də islahatlar aparılması ilə bağlı çağırış etmişdi. Tramp dövlət başçısı seçiləndən sonra bu çağırışı təkrarlayıb. ABŞ-la yanaşı, Rusiya tərəfi də Assambleyaya bir sıra təkliflər təqdim edəcək.
Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək xarici işlər naziri Lavrov kiberməkanda təhlükəsizliklə bağlı sənəd hazırladıqlarını açıqlayıb. Baş Assambleyanın sessiyasının açılışını sədr kimi Slovakiyanın xarici işlər naziri Miroslav Layçak edəcək. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Layçak 6 məsələni prioritet kimi səsləndirəcək: münaqişələrin qarşısının alınması, miqrasiya, insan hüquqlarının müdafiəsi, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və bərabərliyin təmini. O bildirib ki, təşkilata üzv olan 193 dövlətin diqqətini insanların vəziyyətinə yönəltmək istəyir. Layçak əmindir ki, dünyada insanlar BMT-yə böyük ümidlər bəsləyirlər: “Ona görə də BMT-nin fəaliyyətinin daha effektiv olmasına çalışmaq lazımdır”. Slovakiyalı nazir çoxtərəfli diplomatiyaya sadiq olduqlarını və yeni baş katib Quterreşin təşkilatda islahatlar aparmaq cəhdlərini dəstəklədiklərini açıqlayb.

BMT-nin baş katibi Antonio Quterriş:
“BMT çatışmazlıqlarını etiraf etməli və onları düzəltməlidir”
Xatırladaq ki, dünyanın əsas beynəlxalq təşkilatı olan BMT-də ciddi islahatlara ehtiyac var. Əsas beynəlxalq struktur olsa da, bir çox halda bu qurumun qərarları kağız üzərində qalır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib. Ötən iki onillikdən də çox zaman ərzində həmin qətnamələr yerinə yetirilməyib və bütün dünyanın gözü qarşısında torpaqlarımızın işğalı faktı davam edir. Amma BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi mexanizminə sahib deyil.

“Təhlükəsizlik Şurasının səsvermə-veto hüququ olan 5 üzvündən üçü - ABŞ, Rusiya və Fransa erməni işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir. Yəni həmin 3 həmsədr dövlətin özlərinin qəbul etdiyi qərarı icraya yönəltməsi, əslində, çox asan olmalıdır. Amma indiyə qədər bunu etmək mümkün olmayıb”

Halbuki bəzi hallarda qətnamə qəbul ediləndən saatlar sonra onun icrasına başlanılıb. Bu kimi faktlar təşkilatın dünyadakı nüfuzuna çox pis təsir edib. Ona görə də təşkilatda islahatlar aparılması ilə bağlı çağırışların sayı artmaqdadır. BMT-nin yeni baş katibi Antonio Quterriş seçiləndən sonra bildirib ki, BMT çatışmazlıqlarını etiraf etməli və onları düzəltməlidir: “Bu gün çağırışlar bizim imkanlarımızı üstələyir. Ona görə də BMT dəyişməyə hazır olmalıdır. Təşkilat bundan sonra prosesə yox, daha çox nəticəyə oriyentasiya olmalı, bürokratiyanın yox, insanların marağına xidmət etməlidir”.

“BMT, insanların sadəcə bir araya toplaşdığı, danışdığı və yaxşı zaman keçirdiyi klub” imicini dəyişməlidir
BMT-nin nüfuzunun aşağı düşməsinin nəticəsidir ki, bir çoxları artıq bu təşkilata ehtiyac olmadığını düşünür. Məsələ ondadır ki, BMT indiyə qədər bir dəfə də olsun qanlı münaqişənin baş verməsinin qarşısını ala bilməyib. Bu effektsizliyin nə olduğunu işğaldan əziyyət çəkən ölkə kimi biz yaxşı bilirik. Təşkilatın ali orqanı Təhlükəsizlik Şurasıdır. Həmin Təhlükəsizlik Şurasının səsvermə-veto hüququ olan 5 üzvündən üçü - ABŞ, Rusiya və Fransa erməni işğalı nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədridir.

“Əsas beynəlxalq struktur olsa da, bir çox halda bu qurumun qərarları kağız üzərində qalır. Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib. Ötən iki onillikdən də çox zaman ərzində həmin qətnamələr yerinə yetirilməyib və bütün dünyanın gözü qarşısında torpaqlarımızın işğalı faktı davam edir. Amma BMT Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi mexanizminə sahib deyil. Halbuki bəzi hallarda qətnamə qəbul ediləndən saatlar sonra onun icrasına başlanılıb. Bu kimi faktlar təşkilatın dünyadakı nüfuzuna çox pis təsir edib”

Yəni həmin 3 həmsədr dövlətin özlərinin qəbul etdiyi qərarı icraya yönəltməsi, əslində, çox asan olmalıdır. Amma indiyə qədər bunu etmək mümkün olmayıb. Bu isə BMT-ni mənasız, daha doğrusu, 5 dövlətin marağına xidmət edən təşkilata çevirib. BMT-nin düşdüyü bu vəziyyəti ən yaxşı elə ABŞ dövlət başçısı Tramp xarakterizə edib: “BMT, insanların, sadəcə, bir araya toplaşdığı, danışdığı və yaxşı zaman keçirdiyi kluba çevrilib”. Donald Tramp BMT-də islahatlar aparılması ilə bağlı tezislərini Baş Assambleyanın sentyabrın 18-də keçiriləcək sessiyasında açıqlayacaq. “Röyters” bildirir ki, 10 maddədən ibarət olan sənəd Ağ Ev administrasiyası tərəfindən hazırlanıb. Bu sənədin təsdiqlənməsi təşkilatda islahatların aparılmasının başlanğıcı ola bilər. Tramp hesab edir ki, BMT-də maliyyələşmə ədalətsizdir. Belə ki, baza büdcənin 5,4 milyard dollar edən 22 faizlik hissəsi Vaşinqtonun hesabına formalaşır. Sülhyaratma missiyasının büdcəsinin 28,5 faizi də (7,9 milyard dollar) ABŞ tərəfindən ödənilir.

Andrey Kortunov:“Moskva islahatlara mənfi yanaşmır. Amma kursu dəyişmək üçün zaman lazımdır”
Beynəlxalq məsələlər üzrə Rusiya Şurasının direktoru Andrey Kortunov Moskvanın islahatlara mənfi yanaşmadığını deyib: “İslahatlar deyəndə, ağıla ilk gələn Təhlükəsizlik Şurasında dəyişiklik olur. Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılması, veto hüququ ilə bağlı dəyişiklik ola bilər. Rusiya dünyadakı yeni güc düzülüşünə uyğun genişlənmənin əleyhinə deyil. Amma Rusiya heç bir halda veto hüququndan imtina etməyəcək. Çünki bu hüquq ona həyati maraq kəsb edən sahələrə müdaxilənin qarşısını almaq imkanı verir”. Kortunov onu da deyib ki, Rusiya BMT-nin ayrı-ayrı strukturlarının fəaliyyətində effektivliyin artırılmasını müzakirə etməyə hazırdır. Amma ekspert hesab edir ki, bu dəyişikliyi etmək asan olmayacaq: “Dünyada bu dəyişikliyin olmasını arzulamayan qüvvələr var. Budəfəki sessiyada inqilabi dəyişiklik gözləməyə dəyməz. Yəqin ki, tənqidi çıxışlar olacaq. Kursu dəyişmək üçün zaman lazımdır”. Qeyd edək ki, budəfəki sessiyada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir. Eləcə də Donbas münaqişəsi zonasına BMT sülhməramlılarının yerləşdirilməsi məsələsi müzakirə ediləcək. Fransa dövlət başçısı Makron BMT tribunasından Suriya ilə bağlı kontakt qrupunun yaradılmasını elan edəcək. Həmin qrup Suriyada müharibədən sonrakı işləri tənzimləməlidir.
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub
24.04.2019
“İnterpol”un eks-rəhbəri barədə həbs qərarı verildi
24.04.2019
Türkiyə XİN: Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını rədd edirik

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info