“Gürcüstanla danışıqlar aparılacaq”
Tarix: 06.05.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya sərhədlərinin demarkasiyasına dair danışıqların növbəti mərhələsi mayın 13-18-də olacaq. Bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndələri mayın 13-dən 18-dək Rusiyanın dəvəti ilə bu ölkədə olaraq sərhədlərin demarkasiyasına aid danışıqlar aparacaqlar.
Komitə sədri deyib ki, Gürcüstanla sərhədlərin delimitasiyasına dair danışıqlar isə komissiyalar səviyyəsində aparılır: “Hazırda Gürcüstandan dəvət gözləyirik. Gürcüstanla 480 km sərhədin 300 km-i razılaşdırılıb. Danışıqlar razılaşdırılmayan 180 km ətrafında aparılır”. Q. Məmmədov həmçinin deyib ki, danışıqlar zamanı Gürcüstanın Balakən rayonu ərazisində saldığı Eresmedi kəndi ilə bağlı da müzakirələr aparılacaq: “Gürcüstan Balakən rayonu ərazisində təxminən 20 hektar ərazidə Eresmedi adlanan kənd salıb. Bu kəndin ərazisinin necə əvəzləndirilməsi ilə bağlı danışıqlar aparılacaq”.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında Azərbaycanda bələdiyyələrə yeni torpaq sahələrinin verilməsi barədə təklifə münasibət bildirərkən deyib ki, Azərbaycanda bələdiyyələr onlara verilən torpaqları birdəfəlik satmaqla məşğuldurlar. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələrə ayrılmış 23,5% torpağın bir qismi vətəndaşlara icarəyə verilib, digər qismi isə satılıb. Yeni torpaqların verilməsinin nəzərdə tutulmadığını deyən Q.Məmmədov bələdiyyələri əldə olan torpaqları satmaqda ittiham edib: “Yenidən bu torpaqları haradan verməliyik? Buna ehtiyac da yoxdur. Türkiyədə bələdiyyə təsərrüfatları yaradılır. Bizim bələdiyyələr isə torpaq olan kimi onu satırlar, təsərrüfat yaratmaq və artıq gəlir əldə etməyi düşünmürlər. Azərbaycanda torpaqlar məhduddur. Hər adama 0,18 hektar torpaq düşür. İşğal olunmuş ərazilərimizi nəzərə alsaq, hələ bundan da azdır. Bələdiyyə seçkilərində haqlı olaraq bələdiyyələrin sayı 1718-ə qədər azaldı. Normal bələdiyyələr özləri üçün təsərrüfat yaradaraq, gəlir əldə edir. Bunlar isə torpağı birdəfəlik satır. Əldən çıxdıqdan sonra yenidən torpağı haradan vermək olar? Ona görə də ən yaxşısı əldə olan torpaqlar hesabına bələdiyyə təsərrüfatları yaratmaq və bundan bəhrələnmək lazımdır”.
Q.Məmmədov açıqlamasında onu da bildirib ki, Azərbaycanda kənd təsərrüfatı bitkiləri əkilən yerlərdə təxminən 30%-ə qədər müxtəlif dərəcədə şoranlaşmış sahələr var. Komitə sədri bildirib ki, əsasən kənd təsərrüfatı məhsullarının yerləşdiyi Kür-Araz ovalığında mənfi relyef formaları mövcuddur: “Əgər orada meliorasiya-irriqasiya sistemi aparılmasa, ikinci şoranlaşma gedir. Qrunt sularının səviyyəsi qalxır və nəticədə bitkinin kökü o şoranlaşmış təbəqəyə çatanda məhv olur. Azərbaycanın kənd təsərrüfatı bitkiləri əkilən ərazilərində təxminən 30%-ə qədər müxtəlif - zəif, orta və şiddətli dərəcədə şoranlaşmış sahələr var. Bu istiqamətdə də müvafiq qurumlar qrunt suyunun səviyyəsinin aşağı salınmasında və yüksək məhsulun əldə edilməsi istiqamətində uğurlu iş görür. Ümumiyyətlə, meliorasiya çox bahalı layihədir. Azərbaycanda isə torpaqlar özəlləşib. 3, 5 və ya 20 hektar sahəsi olan fermer bu işin öhdəsindən gələ bilməz. Təbii ki, bu iş dövlət nəzarətindədir”.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info