Səkkiz ayda qeyri-neft ixracı 20 faiz artıb
Tarix: 12.09.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Vüsal Qasımlı: “Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunacaq”
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunacaq. İlin sonunda Strateji Yol Xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələri təqdim ediləcək”. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına həsr olunmuş mətbuat konfransında deyib. "Həmin monitorinq və qiymətləndirmələr daha çox nəticə əsaslı olacaq. Çünki bütün indikatorlar illik tərtib olunduğuna görə yarımillik monitorinq və qiymətləndirmədə tərtib olunmuş indikatorlar qarşıya qoyulmuş hədəflər üzrə deyil, konkret fəaliyyətlər üzrə həyata keçirilib. Bu cür qiymətləndirmə Strateji Yol Xəritəsinin çox praktik, əhəmiyyətli və nəticə verən sənəd olmasını bir daha göstərib. Ümumi monitorinq və qiymətləndirmənin nəticələri onu göstərir ki, bu ilin 6 ayında nəzərdə tutulmuş tədbirlərin yarıdan çoxu icra edilməyə başlanıb, hətta bəzi tədbirlərin icrası yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, bütün tədbirlər ilin sonunadək icra ediləcək, əldə olunan nəticələr Strateji Yol Xəritəsində təqdim olunmuş hədəf göstəricilərinə uyğun olacaq", - deyə V.Qasımlı qeyd edib.

Dövlət satınalmaları zamanı kiçik və orta sahibkarlığın bu satınalmalarda iştirak imkanı daha da genişlənəcək
İcraçı direktor bildirib ki, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi üzrə tədbirlərin 6 faizi icra olunub, 42 faizinin isə icrasına başlanılıb. Dövlət Satınalamaları haqqında qanun layihələri işlənilib. Bunun əhəmiyyəti ondan ibarətdir ki, dövlət satınalmaları zamanı kiçik və orta sahibkarlığın bu satınalmalarda iştirak imkanı daha da genişləndiriləcək, ölkənin qeyri-neft sektorunun, xüsusən kiçik və orta sahibkarlığın hesabına daha münbit şərait yaradılacaq. Eyni zamanda, rəqabət məcəlləsi və müflisləşmə haqqında qanun layihələri də işlənib. Bu, bütövlükdə ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və xarici investorların cəlbi baxımından əhəmiyyət kəsb edir. Hesabatda əsas problemlər də müəyyənləşdirilib. Kiçik və orta sahibkarlıq sahəsində əsas problemlər "Tik - idarə et - təhvil ver" modelinin bundan sonra da daha sürətlə inkişaf etdirilməsi ilə bağlı tövsiyələr, özəl sənaye klasterləri, model müəssisə, kredit zəmanət fondunun yaradılması, biznes-inkubatorun yaradılması, startap layihələrinin dəstəklənməsi istiqamətində aparılan işlərin sürətləndirilməsi buna misaldır.
V.Qasımlı deyib: "Eyni zamanda, uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 88 faizi ya icra olunub, ya da icrasına başlanılıb. Artıq Yasamal kompleksində 1 və 9 mərtəbəli binanın tikintisinə start verilib. Binanın yaxınlığında orta məktəb və bağça kompleksi də inşa olunur. Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulmuş bütün prioritetlər üzrə irəliləyişə nail olunub".
Xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb
İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin uğurla davam etdiyini deyən İİTKM-nin icraçı direktoru diqqətə çatdırıb ki, bu ilin ilk 6 ayında Azərbaycana gələn turistlərin sayı 24 faiz artıb. Bu dövrdə xarici vətəndaşların Azərbaycanda həyata keçirdiyi bank əməliyyatları 93 faiz artıb. Koordinasiyanın həyata keçirilməsi üçün Turizm Şurasının yaradılması, Milli Turizm Təbliğat Bürosunun təşkili, elektron vizanın verilməsi üçün müddətin 3 gündən 3 saata qədər endirilməsi, Bakı Ticarət Festivalının təşkili bütövlükdə strateji yol xəritələri çərçivəsində aparılan tədbirlər olaraq ölkədə turizmin inkişafına öz töhfəsini verib. Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində icrasına başlanılmış tədbirlər 59 faiz təşkil edir. Orta peşə sahəsində ixtisasların sayı 123-dən 154-dək artırılıb. Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 44 faiz təşkil edir. TASİM layihəsi ilə bağlı texniki iqtisadi əsaslandırmanın həyata keçirilməsi təmin edilib. E-dərslik “edu.az” portalında yeni dərsliklərin yerləşdirilməsi təmin edilib. Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində icra olunmuş və icrasına başlanılmış tədbirlər 70 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkı, "Daşkəsənfilizsaflaşdırma" ASC, "Azəralüminium" ASC ilə bağlı müəyyən işlər həyata keçirilib. "Bütövlükdə strateji yol xəritələrinin həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına öz töhfəsini verməkdədir. Belə şəffaf, hesabatlı bir monitorinq və qiymətləndirmə sisteminin qurulması strateji yol xəritələri üzrə Azərbaycan hökumətinin məhz açıq hökumət prinsipləri üzərində həyata keçirdiyi siyasətə tam uyğundur", - deyə V.Qasımlı vurğulayıb. Vüsal Qasımlı onu da deyib ki, bu ilin səkkiz ayında Azərbaycanda qeyri-neft ixracı 855 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. İcraçı direktor qeyd edib ki, 8 ayda 1333 ölkə Azərbaycandan ixrac həyata keçirib. Qeyri-neft ixracında lider ölkə isə Rusiyadır.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info