DAŞKƏSƏNDƏ “İSLAM SİVİLİZASİYASI, DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİNİN AZƏRBAYCAN MODELİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Tarix: 13.09.2017 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


Sentyabrın 11-də Daşkəsən Rayon İcra Hakimiyyəti və "Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Daşkəsən Rayon Heydər Əliyev Mərkəzində “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” mövzusunda görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı hesabına həyata keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, "Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov, layihənin eksperti Seymur Verdizadə, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev  deyib: “Ulu öndər Heydər Əliyevin qurduğu, Prezident cənab İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövləti hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. Bizim bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizi hamımız çox gözəl bilirik. Bu gün isə hansısa xarici çevrələrin Azərbaycanda öz məkrli planlarını həyata keçirmələri qeyri-mümkündür. Milli maraqlarımıza qarşı olan istənilən siyasi oyun və çirkin plan güclü Azərbaycan dövləti qarşısında iflasa məhkumdur!
Bir məsələni də təəssüf hissi ilə qeyd etməliyik ki, müasir dünyamızı başına alan qanlı qarşıdurmalar daha çox müsəlman ölkələrini əhatə edir. Əgər bunun bir səbəbi məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələridirsə, digər səbəbi İslam dininə sitayiş edənlər arasında sürətli parçalanmanın mövcud olmasıdır. Məzhəb ayrı-seçkiliyi bu gün İslamın ən ağrılı problemi olaraq qalır. Bir çox müsəlmanlar hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Ən ağrılısı odur ki, bu problem daim xarici dairələr tərəfindən körüklənir, nəticə etibarilə qanlı qarşıdurmalar baş verir, terrorçuluq baş alıb gedir.
Bütün bunların fonunda bir daha aydın olur ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə zəmin yaradır”.
"Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” layihəsinin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra deyib: “Azərbaycanda  sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Bu illərdə Azərbaycanda sayı cəmi 17 olan məscidlərin artaraq 2000-i ötməsi xalqımızın öz dini dəyərlərinə ehtiramının göstəricisidir. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq formalaşan sağlam dini münasibətlərin nəticəsidir ki, Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onun göstəricisidir ki, İslam dininə sitayişlə bağlı ən düzgün model Azərbaycanın getdiyi yoldur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.
Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Hazırda Azərbaycanda bütün digər dinlərin təmsilçiləri kilsələrə, sinaqoqlara gedərək öz dini ayinlərini sərbəst icra edirlər. Bakıda həm pravoslav, həm katolik kilsəsi fəaliyyət göstərir. Ona görə bu gün respublikamızın dinlərarası dialoq mərkəzi statusunu daşıması tamamilə qanunauyğun bir haldır. Azərbaycan xalqının tolerant keyfiyyətlərə sahib olması beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib.
Ötən il BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi də göstərdi ki, multikultural və tolerant ənənələrə sadiq olan Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin və dinlərin dialoqunun inkişafı sahəsində zəngin təcrübəsi bütün dünyada qəbul olunur. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant, eləcə də əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Heydər Əliyev Fondu tərəfindən Vatikanda katakombaların bərpası və digər layihələr xalqımızın məxsus olduğu yüksək mənəvi keyfiyyətlərdən irəli gəlir.
Bütün bu deyilənləri ümumiləşdirsək belə bir nəticəyə gələrik ki, Azərbaycanın dini modeli, tolerant dəyərlərə malik olması və bütün bunlardan irəli gələn tarixi təcrübəsi, o cümlədən beynəlxalq nüfuzu dindən qaynaqlanan problemlərlə bağlı məsələlərin yoluna qoyulmasında liderliyi üzərinə götürməyə imkan verir”.
   Daha sonra çıxış edən layihənin eksperti Seymur Verdizadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Şamxal Həsənov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədri Hacı Ənvər Əliyev və başqaları xüsusilə gənc nəslin tərbiyə olunmasında milli-mənəvi və dini dəyərlərimizin onlara təlqin və təbliğ edilməsinin əhəmiyyətindən danışıblar.
Qarşılıqlı müzakirə şəraitində keçən tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran müxtəlif məzmunlu suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info