“İrəvan meriyasına seçkilər biabırçı seçki pozuntuları ilə keçirildi”
Tarix: 06.05.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


ATƏT, Milli Demokratiya İnstitutu, “Human Rights Watch”, Dövlət
Departamenti isə susmaqda davam edir…


Ermənistanda kütləvi saxtakarlıq fonunda keçirilən prezident seçkilərindən sonra daha bir biabırçı seçki baş uttub. Serj Sərkisyan necə ki, saxta yolla prezident seçkisi keçirərək ikinci dəfə dövlət başçısı kürsüsündə əyləşdi, eləcə də İrəvan meriyasına seçki keçirib. Onsuz da İrəvan meriyasının Ağsaqqallar Şurasına keçiriləcək seçkinin obyektiv olacağına inam sıfır dərəcədə idi.
Çünki prezident seçkilərindən sonra narazılıq dalğasının pik səviyyədə olduğu bir vaxtda Sərkisyan seçkidə qələbə qazandığını bildirən Raffi Ovannisyanla görüş keçirdi. Həmin görüşün detalları haqqında mətbuata açıqlama verən Ovannisyan Sərkisyan tərəfindən ona İrəvan meriyasının təklif olunduğunu açıqlamışdı. Belə olan halda Ağsaqqallar Şurasına oyuncaq seçki keçirməyə nə ehtyiac var? Erməni Milli Konqresi meriya seçkiləri ilə bağlı bəyanat yayıb. «Birinci informasiya»nın yaydığı bəyanatda qeyd edilir ki, İrəvan meriyasına keçirilən seçkilər saxtakarlıq səviyyəsinə görə, digər seçkilərdən heç nə ilə fərqlənməyib: «Artıq ənənə halını alan biabırçı seçki pozuntuları bütün şəhər üzrə qeydə alındı- seçkiöncəsi rüşvət, təkrar səsvermə, başqasının yerinə səvermə, təzyiqlər, seçki karuselləri. Nəzərə almaq lazımdır ki, seçici siyahılarına ölkədə olmayanların, saxta qeydiyyatı olanların, başqa respublikaya köçüb gedənlərin də adları daxil edilmişdi. İrəvan meriyasına keçirilən seçkilər hazırkı rejimin demokratiya və Ermənistan xalqına qarşı növbəti cinayəti oldu. Bu cinayətə görə hakim partiya və onun başçısı siyasi məsuliyyət daşıyır». Sekçidə kütləvi saxtakarlığın baş verməsi əsas müxalifət qüvvəsi tərəfindən etiraf edilir. Ümumiyyətlə, Ermənistanda seçkilərdə kütləvi saxtakarlığın qeydə alınması ilk hal deyil. 2008-ci ildə baş tutan seçkidə qan tökülməsi, insanların qətlə yetirilməsi bütün dünyanın gözləri qarşısında baş verdi. Amma nə yazıq ki, dünya cinayətkar rejimin saxtakarlığı qarşısında susdu və susmaqda davam edir. Haradadır bəs, ATƏT, Milli Demokratiya İnstitutu, «Human Rights Watch» təşkilatı, Dövlət Departamentinin hesabatları? Başqa ölkədə hansısa QHT ilə bağlı kiçik də olsa, hadisə baş verən kimi bəyanatı bəyanata calayan beynəlxalq təşkilatlar, seçki vaxtı Azərbaycana yüzlərlə müşahidəçi göndərib, onları qısamüddətli, uzunmüddətli adlarla iki yerə bölən ATƏT müşahidəçiləri Ermənistandakı seçki saxtakarlığına niyə göz yumurlar? Axı indiyə qədər Ermənistanda normal seçki keçirilməyib və bütün seçkilər kütləvi saxtakarlıq, qanun pozuntuları şəraitində baş tutub. Amma dünyada söz azadlığından, demokratiyadan, insan hüquqlarının qorunmasından dəm vuran beynəlxalq qurumlar müzakirə mövzusu Ermənistan olanda «kar və kor» olurlar. İndi həmin təşkilatların demokratiya, insan hüquqları, söz azadlığı ilə bağlı tənqidlərini, iradlarını necə obyektiv, səmimi hesab edək?

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info