“Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib
Tarix: 13.09.2017 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-də hər il “Neftçilər günü” ərəfəsində keçirilməsi artıq ənənə halını almış “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak ediblər.
İlk olaraq Spartakiadanın iştirakçı komandaları stadiona çıxıb, yarışların baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport verib.
Sonra çıxış edən SOCAR-ın prezidenti R.Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik edərək bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.
R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açaraq bildirib ki, bu fəaliyyət “Neftçi İdman Klubu” vasitəsilə həyata keçirilir. Ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır.
Bildirilib ki, Spartakiada iştirakçılarının sayı ilbəil artır. Neft zəhmətkeşlərinin builki idman yarışlarında 14 növ üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır.
SOCAR-ın prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində də “Neftçi İdman Klubu”nun rolundan, klubun yetirmələrinin ölkəmizin beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışıb. Qeyd edib ki, bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu olub. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi İdman Klubu”nun təmsilçiləri qazandırıblar. R.Abdullayev Spartakiada iştirakçılarını bir daha təbrik edərək onlara yarışlarda uğurlar arzulayıb.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açaraq bildiriblər ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Spartakiadanın ölkə idmanı üçün əhəmiyyəti vurğulanıb, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs olunub.
Sonra idmançıların nümunəvi çıxışları olub.
Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bu vaxtadək 4200 qadın sahibkara 104 milyon manat güzəştli kredit verilib
21.01.2019
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir
21.01.2019
DMX tərəfindən 2449 nəfərə işsizlikdən sığorta, 6331 nəfərə işsizlik müavinəti ödənilib
21.01.2019
“Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”na seçimlər aparılır
21.01.2019
Çexiya şirkətləri Bakı-Tbilisi-Qars ilə yükdaşımalara maraq göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info