İlk hərbi təyyarəçi Fərrux ağa Qayıbovun anım günü qeyd olunub
Tarix: 13.09.2017 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Qazaxdakı “Fəxri qazaxlılar” parkında ilk azərbaycanlı hərbi təyyarəçi Fərrux ağa Qayıbovun həlak olmasının 101-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fərrux ağa Qayıbovun büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Fərrux ağa Qayıbovun qəhrəmanlıq dolu həyat yolundan söz açaraq, onun qısa, lakin nümunəvi ömür sürdüyünü qeyd edib. Bildirib ki, Qazax torpağı nəinki şair və yazıçılar, elm xadimləri yetirib, eyni zamanda, rayonda doğulub boya-başa çatmış onlarla insan öz adlarını hərb tarixinə qızıl hərflərlə yazdırıb. Belə hərbçilərdən və qəhrəmanlardan biri də Fərrux ağa Qayıbovdur.
Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal F.Qayıbovun Azərbaycan hərb tarixindəki rolundan danışaraq, onun qəhrəmanlıq dolu həyatının hər bir gənc üçün nümunə olduğunu vurğulayıb.
Əməkdar Müəllim, şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Mustafa Mirzəyev F.Qayıbovun keçdiyi şanlı həyat yolundan danışıb.
Sonda şair Kazım Kazımlı qəhrəman təyyarəçiyə həsr etdiyi şeiri oxuyub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info