“Azərişıq“ Mərkəzi Aran regionunda yenidənqurma həyata keçirir
Tarix: 13.09.2017 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC Mərkəzi Aran regionunda genişmiqyaslı təmir-tikinti və yenidənqurma işləri həyata keçirir.
ASC-dən Trend-ə verilən məlumata görə, Mingəçevir və Naftalan şəhərləri, Ağdaş, Ağsu, Yevlax, Bərdə, Kürdəmir, Göyçay, Goranboy, Tərtər, Ucar rayonlarının daxil olduğu “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsində (RETSİ) 261 min abonentə və bununla da milyondan artıq əhaliyə xidmət göstərilir.
Mərkəzi Aran RETSİ-nin xidməti ərazisində 9 ədəd 110 kv-luq və 55 ədəd 35 kv-luq yarımstansiyalarda əsaslı təmir işləri aparılıb, Ağsu və Goranboy rayonlarında 3 ədəd 110/35/10 kV-luq və 7 ədəd 35 kV-luq yeni yarımstansiyalar inşa edilib və istismara verilib. Hazırda “Azərişıq” ASC-nin daxili vəsaiti hesabına daha 2 yeni yarımstansiya tikilir.
Mərkəzi Aran rayonlarında 756 ədəd yüksək gərginlikli, 65.000 ədəd isə aşağı və orta gərginlikli elektrik dayaqları dəyişdirilib. Paralel olaraq 162 km yüksək gərginlikli, 10-0,4 kV-luq 670 km hava xətləri tikilib, həmçinin 2900 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər ) çəkilib.
Mingəçevir şəhərində, Ağsu, Ucar, Yevlax, Tərtər və Goranboy rayonlarında müasir standartlara cavab verən yeni ofis binaları inşa edilib, elektrik şəbəkələrinin tamamilə yenidən qurulması və avtomat idarəedilməsi üçün bütün şərait yaradılıb, işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqları ilə bərabər, kompüter texnikası və sürətli internet var. Burada nəzarət-monitorinq, avtomat idarəetmə kabinetləri, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info