Avropa bankları iş yerlərini ixtisar edirlər
Tarix: 13.09.2017 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Ötən il Avropa İttifaqı ərazisində fəaliyyət göstərən banklar təxminən 50 min iş yerini ixtisar etmək məcburiyyətində qalıblar. Bununla da bu sektorda çalışanların sayı 1997-ci ildən bəri ən aşağı göstəriciyə düşüb.
AZƏRTAC Avropa Banklar Federasiyasına istinadla xəbər verir ki, uzun illərdən bəri faiz dərəcələrinin aşağı olması və müştərilərin onlayn bank xidmətlərdən getdikcə daha çox istifadə etməsi bank sektorunda işləyənlərin sayının azalmasına əsas səbəb kimi göstərilir. İşçi ixtisarı ilə yanaşı, Avropa bankları 2016-cı ildə ümumilikdə 9100 filialı da bağlamalı olub. Bununla da Avropada bu sektorda işləyənlərin sayı 2,8 milyon nəfərə, filialların sayı isə 189 min 270-ə düşüb. 2015-ci ildə bank filiallarının 3 faizi bağlandığı halda, 2016-cı ildə bu trend sürətlənib və bank filiallarının 4,6 faizinin fəaliyyətinə son qoyulub. Statistik göstəricilərə əsasən, 2008-ci ildən bəri orta hesabla hər bir bank beş filialından birini ləğv etmək məcburiyyətində qalıb.
Hesabatda qeyd edilir ki, faiz dərəcələrinin aşağı olması fonunda mənfəətləri aşağı düşən banklar çəkilən xərcləri mümkün qədər azaltmaq üçün müxtəlif yollardan istifadə edirlər. Bunlardan biri onlayn xidmətləri gücləndirmək yolu ilə işçi ixtisarları aparmaq, digəri isə bankların birləşdirilməsidir. 2009-cu ildən müşahidə edilən bu trend ötən il də davam edib. Ötən il Avropada 6596 bank fəaliyyət göstərib ki, bu da 2015-ci illə müqayisədə 6 faiz azalma deməkdir.
Avropa Bank Federasiyası Avropanın 32 milli bank assosiasiyasını həqiqi üzv qismində, 14 milli assosiasiyanı isə assosiativ üzv qismində öz ətrafında birləşdirir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info