Ermənistanda ictimai nəqliyyatda gedişhaqqı artır
Tarix: 13.09.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Bir müddət bundan əvvəl, Ermənistan Mərkəzi Bankı verdiyi hesabatda ölkənin xarici borcunun gələn gəlirləri xeyli üstələdiyi barədə xəbər yaymışdı. Bank rəsmisinin təqdim etdiyi rəqəm, təbii ki, «müstəqil ölkə» üçün böyük göstərici kimi dəyərləndirilirdi. Belə görünür ki, ələbaxımlığa öyrəşmiş bir ölkə rəhbərliyi yaranmış problemlər qarşısında çox acizdir. Onlar xalqı aldatmaq üçün Ermənistanın son illər xeyli inkişafı ilə bağlı xəbərlər tirajlasalar da, reallıq göz önündədir. Ermənilərin dəfələrlə borcla bağlı müraciət etdikləri Dünya Bankıının eksperti Liza Kestner «News. am» saytına verdiyi açıqlamada bu ölkəyə «ixracat payını artırmağı və məhsullarını satmaq üçün yeni bazarlar axtarışına» çıxmağı məsləhət görür. Xanım ekpert, bəlkə də nəzakət xatirinə, Ermənistanda özəl sektor və sahibkarlığın inkişafında hər hansı bir dirçəlişin baş verdiyini qeyd etsə də, lakin bürokratiya və real rəqabətin olmamasının özəl sektorun inkişafına mane olduğunu bildirir.
Kestnerə görə, Ermənistanda 2008-ci il böhranından əvvəl ölkə tərəfindən təbliğ edilən iqtisadi artım xaricdən gələn çox sayda pul köçürmələri hesabına təmin edilirdi. Lakin, artıq həmin günlər arxada qalıb. Bu gün ölkə iqtisadiyyatının genişləndirilməsinə göstərilən cəhd barədə danışmağa belə, dəyməz. Ölkənin ixracla bağlı üz tutduğu əsas ölkə Rusiyadır. Bu ölkəyə ixrac edilən məhsullar isə mövsümi xarakter daşıyır. Təçadüfi deyil ki, bataqlıqda çabalayan Ermənistanda bu gün ixracat ÜDM-in təxminən 30% -ni təşkil edir.
Ermənistanda fəaliyyət göstərən şirkətlərin işinin keyfiyyətinə toxunan xanım ekspert onların əksəriyyətinin o qədər də məhsuldar olmadığı səbəbindən inkişafdan geri qaldıqlarını bildirir. Kestnerə görə, bu, real rəqabətin olmaması və sahibkarların hüquqlarının qorunub saxlanılacağına olan inamsızlığa görədir: «Yəni bu ölkədə real rəqabət yox dərəcəsindədir. Təbii ki, rəqabət yoxdursa, ölkədə hələ də inhisar və oligarxiya mövcuddursa, bu ölkəyə xaricilər tərəfindən sərmayə qoyulmasından danışıla bilməz»-deyə, xanım ekspert bildirib.
Ermənistandan verilən başqa br məlumat İrəvan şəhər nəqliyyatında gediş haqqının artırılması ilə bağlıdır. Təbii ki, hələlik bunu ehtimal kimi bildirsələr də, «İrəvan merinin belə bir addımını ölkədə ictimai narazılıqlar törətməyə cəhd» kimi də dəyərləndirənlər var.
Ermənistanın «Joxovurd» nəşri İrəvan merinin bu addımını, ictimai nəqliyyatda gediş haqqını artırmaq niyyətini erməni xalqına xəyanət kimi dəyərləndirir. Nəşr son dövrlər İrəvan merinin şəhərdəki bir çox ictimai nəqliyyat marşrutunun ləğvi və ya azaltması barədə xəbər verir: «Burada məqsəd ölkədə ictimai narazılıqlara rəvac verməkdir».
İrəvandakı Sərnişin Nəqliyyat Birliyinin rəhbəri Qrant Yeğiyazaryanın sözlərinə görə, şəhər merinin belə bir addımı, hər gün 50 mindən artıq insanın mənzil başına çatmaq üçün bir neçə marşrut dəyişməsinə səbəb olur.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info