Elşad Abdullayevin yazdığı savadsız məktub
Tarix: 06.05.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


İndiyə qədər rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetində rüşvətxorluğu ilə ad çıxaran, ən adi arayışdan tutmuş, zaçot-imtahanlara qədər veriləndə tələbələrin cibindən son manatlarını qoparan Elşad Abdullayev gündəmə düşmək üçün xaricdə dəridən-qabıqdan çıxmaqdadır.
Bu adamın ən cəfəng iddialarla diqqət cəlb etməyə çalışdığı bəllidir. Eyni zamanda onun antiazərbaycan əməlləri, dövlətçiliyimizə qarşı hədələri və bunun üçün antimilli qruplarla, separatçılarla işbirliyinə girməsindən də ictimaiyyət xəbərdardır. Bir sözlə, seçki ərəfəsində E.Abdullayev bəzi antiazərbaycan dairələr tərəfindən kukla kimi oynadılır, uyuq kimi danışdırılır. Təbii ki, onun bütün dedikləri və iddiaları əsassızdır, sadəcə abrakadabradan ibarətdir. Amma Elşad Abdullayevin yazdığı son cəfəng cızma-qarası ilə onun bir “məziyyəti”ni qeyd etmək xüsusilə yerinə düşər.
Belə ki, bu adam növbəti cızma-qarasında özünün “savad” və ümumiyyətlə, dünyagörüşü səviyyəsini çılpaqlığı ilə ortaya qoyub. Ona görə də biz onun yazdığı yazının cəfəng məzmununu bir kənara qoyub, bu adamın həmin yazı ilə özünün əslində kim olduğunu bir daha ifşa etməsi barəsində qısaca yazacağıq.
Məsələn, Elşad Abdullayev cızma-qarasında hər yerdə “Azərbaycan” adını kiçik hərflərlə yazır. Bu isə onun bisavadlılığından əlavə, əslində Azərbaycana qarşı olan münasibətini də büruzə vermiş olur. Bundan əlavə, başdan-ayağa orfoqrafik, qrammatik səhvlər yığınından ibarət olan E.Abdullayevin cızma-qarasında hüquq-mühafizə orqanları belə qeyd edilir: “Hüququ Mühafizə Orqanları”. Bu adam ixtisasca özünü hüquqşünas hesab edir. Üstəgəl, cızma-qarasının altından da “Hüquq professoru” imzasını qoyur. Amma hüquqi sahəyə aid olan ən adi terminlərdən bixəbər olduğunu faş edir. Yaxud da xüsusi xidmət orqanları barədə yazanda “KQB” ifadəsini işlədir. Bununla da proseslərə baxışda ən adi obivatel düşüncəsindən də aşağı düşüncə tərzinə malik olduğunu sərgiləmiş olur. Bu qısaca qeyd edilənlər əslində E.Abdullayevin necə bir şəxs olduğu barədə kifayət qədər təsəvvür yaradır. Adamın “qabında” heç bir şey olmadığı açıq-aşkar görünür. Belə bir nadan insan isə əlbəttə ki, hər cür qüvvələrin əlində alətə, maşaya çevrilə bilər. Nahaq yerə deməyiblər ki, cəmiyyət üçün ən zərərli adam nadan adamdır. Zatən, bu cür nadanlıq və savadsızlıqla “hüquq professoru” olmaq, “universitet” yaradıb neçə-neçə gənci “tələbə” adı ilə aldatmaq, pullarını əlindən almaq, daha sonra cəmiyyətimizə vurduğu bu cür zərərləri daha da “qloballaşdırıb” dövlətçilik əleyhinə xarici qüvvələrin sifarişi və təhriki ilə hərəkətə keçmək də açıq-aşkar bundan xəbər verir. Bütün bunlar birinci növbədə, E.Abdullayev kimi adamın nadanlığından və şəxsi naqisliyindən irəli gəlir. Adam indiyə qədər məhz belə natamamlıqlarına görə özünü ora-bura ilişdiribmiş. Nahaq yerə deyil ki, müxalifətçilərdən biri - Arzu Səmədbəyli də E.Abdullayevi məhz bu “keyfiyyətlərinə” görə xarakterizə edərkən onun haqqında “qaz” ifadəsini işlətmişdi...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info