“Naxçıvanqaz” İstehsalat Birliyi işini günün tələblərinə uyğun qurur
Tarix: 13.09.2017 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


“Naxçıvanqaz” İstehsalat Birliyi mütəmadi olaraq təbii qaz təchizatının etibarlılığının və səmərəliliyinin artırılması istiqamətində tədbirlər görür. İstehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə birliyin müvafiq tədbirlər planına uyğun olaraq ötən ay da işlər davam etdirilib.
Birlikdən AZƏRTAC-a bidirilib ki, muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 74 ev və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.
Qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaztənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarətölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində də işlər aparılıb. Belə ki, Naxçıvan, “Modul”, “Qaz Turbin – Sement Zavod” qazpaylayıcı stansiyalarında olan ROC-407 qaz sayğaclarının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq, Almaniya istehsalı olan “G-650” markalı elstertipli 6 qaz sayğacı alınıb. Qeyd olunan ölçü qovşaqlarından hər birində 2 elstertipli qaz sayğacı quraşdırılıb. Həmçinin ötən ay Naxçıvan şəhərində 55 ədəd smartkarttipli qaz sayğacı istifadəyə verilib.
Muxtar respublikada şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer xidmətlərinə istər əhali, istərsə də qeyri-əhali təbii qaz istehlakçılarından qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər səbəblərə görə ay ərzində 1482 çağırış daxil olub, qaz təsərrüfatı şəbəkəsində 1580 sızma aşkarlanaraq aradan qaldırılıb.
Naxçıvan Muxtar Respublikasında bu ilin avqust ayında yeni qaz boru xətlərinin quraşdırılması, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəzlənməsi ilə əlaqədar olaraq 13 min 501 paqonmetr borudan istifadə olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info