Polis Akademiyasında andiçmə mərasimi keçirilib
Tarix: 13.09.2017 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Bu il Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbul olunmuş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların sentyabrın 13-də andiçmə mərasimi keçirilib.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxış edərək kursantları, onların valideynlərini salamlayıb, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbrikini və ən xoş arzularını tədbir iştirakçılarına çatdırıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin qayğısı ilə inkişaf yoluna çıxan, ölkə və DİN rəhbərliyinin xüsusi diqqəti və tələbkarlığı ilə ən müasir ali təhsil müəssisələrindən birinə çevrilən Polis Akademiyası indi böyük tərəqqi və təkmilləşmə dövrünü yaşayır. Akademiya hazırda daxili işlər orqanları üçün yüksək səviyyəli ali hüquq təhsilli zabit kadrlar hazırlayır. Məhz yaradılan şəraitin nəticəsidir ki, Akademiyanın təmsilçiləri respublika və beynəlxalq səviyyəli bilik və idman yarışlarında uğurlara imza atırlar.
Diqqətə çatdırılıb ki, təhsil ocağı beynəlxalq əməkdaşlıq sahəsində də nailiyyətlər əldə edir. Bir çox nüfuzlu tədbirlərdə fəal iştirak edən müəllim-professor heyəti kifayət qədər təcrübə əldə edib və bunun nəticəsi olaraq, onlar ekspert qismində də müxtəlif ölkələrə dəvət olunurlar.
N.Əliyev əminliyini bildirib ki, bu gün and içən hər bir gənc öz şəxsi nümunəsi ilə polisin cəmiyyətdəki nüfuzunun daha da artmasına çalışacaq, onun şanlı ənənələrinə layiq olacaq, etimadı və inamı doğruldacaq.
Sonra kursantlar polis andını içiblər.
Kursant Nihad Rəhimov çıxış edərək bildirib ki, bu gün onların həyatında ən əlamətdar günlərdən biridir və bu anlar çətin, məsuliyyətli, həm də çox şərəfli polis sıralarına ilk qədəmlərini qoymaq hüququ qazanan hər bir gənc üçün qürurvericidir.
Tədbirə yekun vuran polis general-mayoru N.Əliyev kursantlara dövlətə, dövlətçiliyə və xalqa hər zaman sədaqətli olmağı, yaxşı oxumağı, hüquqi bilikləri incəliklərinədək öyrənməyi tövsiyə edib.
Mərasim “Polis Akademiyasının marşı”nın sədaları altında təntənəli keçidlə başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info