Sitrus meyvələri ixracı: böyük bazarda yer tutmaq mümkündür
Tarix: 13.09.2017 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Prezidentin imzaladığı sərəncama əsasən həyata keçiriləcək tədbirlər sitrus meyvələri, çəltik və çay istehsalının inkişafının sürətləndirilməsinə gətirib çıxaracaq

Ölkədə qeyri-neft sektorunun inkişafı prioritetdir. Bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirilməsi bu sektorun inkişafını labüd edir. Ölkə başçısı tərəfindən imzalanan Azərbaycanda sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda da qeyd edilir ki, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu məqsədlə görülən tədbirlər nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi də xeyli artıb. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülüb və uğurlu nəticələr əldə olunub. Bu sahədə dayanıqlı inkişafın təmin edilməsi, tələbatın yerli istehsal hesabına təmin olunması, habelə ixrac imkanlarının genişləndirilməsi üçün əkin sahələrinin və məhsuldarlığın artırılması, toxumçuluq və tingçilik təsərrüfatlarının inkişafı, informasiya-məsləhət xidmətlərinin, kadr potensialının gücləndirilməsi, investisiyaların və ixracın təşviqi, zəruri infrastruktur və maliyyə resursları ilə təminat səviyyəsinin daha da yüksəldilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsi zəruridir. Bu istiqamətdə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçiriləcək.
Prezidentin imzaladığı sərəncama əsasən həyata keçiriləcək tədbirlər sitrus meyvələri, çəltik və çay istehsalının inkişafının sürətləndirilməsinə gətirib çıxaracaq.

Dünya sitrus istehsalında portağal ən çox istehsal edilən çeşiddir

Bu gün dünyada çay, çəltik istehsalı artdığı kimi sitrus meyvələrinin inkişafı getdikcə sürətlənir. Vətəni Çin, Cənub-Şərqi Asiya və Hindistan olan sitrus meyvələri bu gün subtropik iqlimləri olan bütün ölkələrdə yetişdirilir. Sitrus- limon, mandarin, portağal və qreypfrut kimi geniş yayılan və iqtisadi dəyəri olan növlərdən başqa şadok, ağac qovunu, berqamot kimi digər növlərin də daxil olduğu bir bitki toplumudur. C vitamini ehtiva edən, insan sağlamlığına əhəmiyyətli faydaları olan sitrus bitkiləri, süfrəlik, təzə halda istehlakla yanaşı, cem, marmelad və meyvə suyu kimi istifadəsi edilməklə bərabər, kosmetika sektorunda də xam maddə olaraq geniş tətbiq edilir. Bununla yanaşı, uçucu yağ sənayenin ən önəmli mənbələrindən birini təşkil edir. Sitrus meyvələri dünyanın ən çox istehsal olunan və beynəlxalq ticarətə məruz qalan meyvə qrupuna aiddir. Həmçinin ekoloji tələblərə görə, subtropik iqlimli suvarma problemi olmayan yerlərdə geniş şəkildə yetişdirilə bilər.
USDA-nın 2015-2016-cı il məlumatlarına görə dünyada təxminən 88 milyon ton sitrus meyvələri istehsal edilir. Dünyada sitrus istehsalında portağal ən çox istehsal edilən çeşiddir. Portağal istehsalını mandarin, limon və qreypfrurt izləyir. USDA (2014/2015) məlumatlarına görə, 2014-cü ildə 49 milyon ton portağal, 29 milyon ton mandarin, 7 milyon ton limon, 6 milyon ton qreypfrut olmaqla ümumilikdə 91 milyon ton sitrus meyvələri istehsal edilib. Son 5 ilin dəyərləndirməsinə görə sitrus meyvələrində ümumi istehsalda təxminən 1 faiz artım müşahidə olunur. Maksimum artım isə 30 faizlə mandarin istehsalında müşahidə edilib. Qreypfrut istehsalında 16 faiz, limon istehsalında isə 4 faiz artım olub. Portağal istehsalınada 13 faiz azalma müşahidə edilib. Dünyada sitrus meyvələri istehsalının 17,2 faizi Aralıq dənizi hövzəsində olan ölkələr tərəfindən həyata keçirilir.
2014-2015-ci il istehsal mövsümündə dünyada ümumi sitrus meyvə istehsalında 49 milyon ton istehsalla portağal təxminən 45 faiz paya sahibdir. Dünyanın ümumi portağal istehsalının 34 faizi Braziliyada, 14 faizi Çində, 12 faizi isə AB ölkələrinə aid edilir. Türkiyənin portağal istehsalçısı ölkələr arasında 1 milyon 650 min ton istehsal həcmi ilə 7-ci yerdədir. 2014-2015-ci il istehsal mövsümü ilə bağlı USDA-nın məlumatına görə, təxminən 4 milyon ton olaraq gerçəkləşən dünya portağal ixracatında ilk sırada 30 faiz payla Misir yer alır. Misiri 29 faiz ixracat payı ilə Cənubi Afrika və ABŞ (%13) izləyir. 2014-2015 illəri arasında dünya portağal idxalatı 3,79 milyon ton olaraq reallaşıb. AB ölkələri (24%) idxalda birinci yeri tutarkən, onu ardıcıl olaraq Səudiyyə Ərəbistanı (13%), Rusiya (12%) və Honq- Konq (7%) izləyib. 2014-2015 istehsal mövsümündə 16,7 milyon ton ilə dünyanın aparıcı portağal istehsalçısı Braziliyada, əvvəlki mövsümlə müqayisədə istehsalda 6 faiz azalma müşahidə edilib. İstehsalın azalmasına baxmayaraq, daxili istehlakın da azalması ilə əlaqədar ixrac 40 faiz artıb, lakin əvvəlki mövsümdə idxalda əhəmiyyətli bir dəyişiklik olmayıb. Braziliya portağal istehsalının çox vacib bir hissəsi və demək olar ki, hamısı sənayeyönümlüdür. Braziliyada ən çox yayılmış sənaye növü Pera portağalıdır.
Dünyada portağal istehsalı son 50 ildə davamlı yüksəlməsinə baxmayaraq xüsusilə 90-cı illərin sonlarından etibarən bir eniş və ya durğunluq tendensiyası yaşanmağa başlayıb. Bunun əsas səbəblərini dəyişən istehlakçı zövqünə bağlı olaraq süfrə məhsullarında asanlıqla soyula bilən qrup kimi tanınan mandarinlər üçün tələbatın artması, yeni portağal növləri ilə mövcud istehsal sahələrinin yenidən qurulması, xüsusilə böyük istehsalçı ölkələrdə yaşanan HLB kimi xəstəliklərə səbəbilə məhsul itkisi ilə bağlamaq mümkündür. Dünya sitrus meyvələri istehsalında portağalın 54 faizədək əhəmiyyətli paya malik olmasının ən əhəmiyyətli səbəbi meyvə suyu sənayesi tərəfindən ən çox üstünlük verilən növ olmasıdır. 2014-2015-ci il istehsal mövsümündə dünyada 1,8 milyon ton portağal suyu istehsal edilib ki, portağal istehsalında birinci sırada olan Braziliya da portağal suyu istehsalının 56 faizin sahibdir. Portağal istehsalında ilk 5 ölkəyə baxdıqda, onlar tamamilə tropik ölkələr və ya coğrafi şəraitinə görə istehsal sahələrinin bir qisminin tropik olduğunu və bunun da portağal istehsalının önəmli bir hissəsinin sənayeyönümlü olduğunu görünür.
2014-2015-ci il istehsal mövsümündə dünya portağal suyu istehsalı 1 milyon 793 min ton olaraq reallaşıb. İstehsalın 56 faizi Braziliya, 24 faizi ABŞ, 7 faizi Meksika və 6 faizi AB ölkələrinin payına düşür. Dünya idxal portağal suyu idxalatında isə ilk yeri 55 faizlə AB ölkələri tutur. AB ölkələrini təqribən 22 faizlə ABŞ təqib edir. Braziliya və Meksika idxalda mühüm yer tutmur. Braziliya 1 milyon 445 min ton ixracla dünya portağal suyu ixracatında ilk yeri tutur.

Bölgələrimizdə sitrus meyvə sahələri genişləndirilir

Hazırda bölgələrimizdə sitrus meyvə sahələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Belə rayonlarımızdan biri Masallıdır ki, rayonda 132 hektar sahədə sitrus bağları olub. Bunun 88 hektarını mandarin, 44 hektarını isə feyxoa bağları təşkil edib. Bu bağlardan il ərzində 2200 ton mandarin, 473 ton feyxoa toplanılıb. Hazırda rayonda yeni salınmış 1,5 hektar mandarin, 6 hektar kivi və 15 hektar feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində 80 ton kivi, 50 ton feyxoa yığılır. Masallı rayonunun torpaq iqlim şəraitində bu sahənin inkişaf perspektivləri böyükdür. Rayon ərazisində ilkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması qarşıda duran vəzifələrdəndir.
Astara rayonunda isə ənənəvi əkin sahəsi olan sitrusçuluq son illər inkişaf etdirilərək 2350 hektara çatdırılıb, ötən il rayonda 44 min ton sitrus meyvələri tədarük olunub, cari ildə isə daha çox məhsulun gözlənillir. Sitrusçuluğun səmərəliliyini artırmaq üçün rayona 10 mindən artıq yüksək məhsuldarlığı və şaxtaya davamlılığı ilə seçilən yapon sortu narıngi və limon tingləri gətirilərək əkilib. Mövcud sitrus bağlarının tədricən yeni növ tinglərlə əvəzlənməsi gələcəkdə məhsuldarlığın artmasına böyük təkan verəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info