Basketbol üzrə Avropa çempionatının ilk iki yarımfinalçısı müəyyənləşib
Tarix: 13.09.2017 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Basketbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinin ilk iki görüşü keçirilib. İlk oyunda İspaniya və Almaniya yığma komandaları üz-üzə gəliblər. Çempionatda qrup mərhələsində keçirdiyi bütün görüşlərdə qalib gələn Pireney təmsilçisi qələbə seriyasını bu oyunda da qoruyub. Səkkizdəbir finalda Türkiyə millisini mübarizədən kənarlaşdıran İspaniya basketbolçuları görüşü 84:72 hesablı qələbə ilə başa vuraraq yarımfinala yüksəliblər. Dörddəbir final mərhələsinin ikinci görüşündə qrup mərhələsində yüz faizli nəticə göstərən digər komanda – Sloveniya yığması Latviya seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda sloveniyalılar 103:97 hesabı ilə qələbə qazanaraq adlarını yarımfinala yazdırıblar. Sloveniya yığma komandası yarımfinalda İspaniya millisi ilə görüşəcək. Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatında dörd qrupda 24 komanda mübarizəyə qoşulmuşdu.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
PSJ Neymarı satmağa hazırdır
16.06.2019
“Xəzər-Lənkəran” komandası Topaz Futbol Festivalının mini-futbol üzrə regional turnirinin qalibi olub
16.06.2019
Salah “Real“ və “Yuventus“a keçməkdən imtina etdi
16.06.2019
Stiven Jozef-Monroz “Neftçi“də
16.06.2019
“Poqba və Mbappe ilə birgə oynamaq istərdim“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info