Ermənilər və onların havadarlarına mesaj: İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub
Tarix: 13.09.2017 | Saat: 19:38:00 | E-mail | Çapa göndər
Yaqub Mahmudov: “Müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub”

“İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda İrəvan xanlığının tarixinə dair 4 adda broşürün (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilib. Tədbir AMEA-nın Tarix İnstitutu və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun verdiyi məlumata görə, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Prezidentin təşəbbüsü ilə yazılıb. Bu kitabçalar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “İrəvan xanlığının tarixinə dair 4 adda broşürün nəşr olunması” layihəsi çərçivəsində ATİB tərəfindən nəşr olunub. Layihənin rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayevadır.
“1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb”
“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”, “Erməni vandallarının yox etdiyi İrəvan qalaları” və “İrəvan xanlığının mahalları” adlı kitabçaların müəllifi tarixçi-alim Güntəkin Nəcəfli, “İrəvan xanlığının əhalisi” adlı kitabçanın müəllifi isə tarixçi-alim İradə Məmmədovadır. Təqdimat mərasimində akademik Yaqub Mahmudov bildirib ki, yeni nəşrlər ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesajdır: “Müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib. Çar Rusiyası erməniləri Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən Cənubi Qafqaza köçürdükdən sonra Azərbaycan xalqına qarşı etnik təmizləmələr, zorakı deportasiyalar və soyqırımları dövrü başlandı. Nəhayət, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldı”. İnstitut direktoru bildirib ki, ermənilər nəinki Cənubi Qafqazın, hətta Asiya qitəsinin yerli əhalisi deyil: “XVII əsrin 70-ci illərində Azərbaycanın İrəvan bölgəsinə, o cümlədən İrəvan şəhərinə səyahət etmiş türk səyyahı Evliya Çələbi “Səyahətnamə”sində və fransız səyyahı Jan Şarden “Parisdən İsfahana səyahət” əsərində bu torpaqların əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türkləri olduğunu qeyd ediblər. İlk mənbələr, o cümlədən erməni mənbələri təsdiq edir ki, İrəvan şəhərində oturaq erməni əhalisi yaşamayıb”.
“XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb”
“İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri” adlı kitabça Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvan xanlığının paytaxtı – İrəvan şəhərinin şanlı tarixinə həsr olunub. Əsərdə İrəvan toponimi, İrəvan şəhərinin tarixi, səyyahların təsviri haqqında mühüm məlumatlar və illüstrasiyalar öz əksini tapıb. Nəşrdə qeyd edilir ki, XVI əsrdə Osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim Rəhimizadə İrəvan şəhərini “Azərbaycan mülkünün gözü” adlandırıb.
İrəvan xanlığının əhalisi” adlı kitabçada isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib
“Erməni vandallarının yox etdiyi İrəvan qalaları” adlı kitabça İrəvan bölgəsində mövcud olan və erməni vandalları tərəfindən amansızcasına məhv edilən Azərbaycan qalalarının tarixinə, o cümlədən məşhur İrəvan və Sərdarabad qalalarının XIX əsrin birinci rübündə baş vermiş Rusiya-İran müharibəsi zamanı yadelli işğalçılara qarşı apardığı şanlı mübarizə tarixinə həsr olunub. Oxuculara “İrəvan xanlığının mahalları” adlı kitabçada Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz parçası olan İrəvan bölgəsinin, o cümlədən Çuxursəd bəyləribəyliyinin və İrəvan xanlığının inzibati bölgüsü, “İrəvan xanlığının əhalisi” adlı kitabçada isə Azərbaycan dövləti olan İrəvan xanlığının əhalisinin etnik və dini mənsubiyyəti, məşğuliyyəti, xanların əhali siyasəti təqdim edilib. Təqdimat mərasimində çıxış edənlər İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar. Təqdim olunan kitabçalar Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Qeyd edək ki, 2016-cı ildə Prezident Kitabxanasında “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” kitabçalarının (Azərbaycan, ingilis və rus dillərində) təqdimatı olub. Qeyd edək ki, italiyalı geosiyasət analitiki Domeniko Letitsiya “Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq hüquq, Beynəlxalq Cinayət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin qərarı arasında” elektron kitabını nəşr edib. Bu barədə “Jerusalem Post” məlumat verib. O, öz kitabında münaqişənin davam etməsinin əsas səbəbinin Azərbaycanın torpaqlarının Ermənistan Silahlı qüvvələri tərəfindən işğal olunması olduğunu qeyd edib. D.Letitsiya yazır ki, münaqişə bölgəsində gərginliyin azaldılması üçün ən əsas şərt ilkin səbəbin – işğal olunmuş torpaqların azad olunmasının aradan qaldırılmasıdır. Müəllif kitabında BMT Təhlükəsizlik Şurasının “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 4 qətnaməsinin, BMT Baş Assambleyasının qərarının, Avropa Şurası və Avropa Parlamentinin sənədlərinin olduğunu xatırladır və bu sənədlərdə erməni qoşunlarının işğal olunmuş əraziləri tərk etməsinin tələb olunduğunu yazır. Qeyd edək ki, Azərbaycan Ordusunun gücünü bilən işğalçı Ermənistan ordusu daim qorxu içindədir. Bunu düşmən ölkənin hərbiçiləri, hərbi ekspertləri də çıxışlarında dəfələrlə etiraf ediblər. Onlar bildiriblər ki, Azərbaycan Silahlı Qüvvələri hərbi potensialına görə Ermənistan ordusundan qat-qat güclüdür. Buna misal olaraq, Ermənistanın xəbər saytlarında dərc edilən Artyom Balasanov tərəfindən yazılmış “Azərbaycan növbəti müharibədə “üç cəbhə” strategiyasından istifadə edəcək” adlı məqaləni göstərmək olar. Məqalədə Azərbaycanın gözlənilən hücum istiqamətlərindən bəhs edilir. Yazıda göstərilmiş məqamlar onu sübut edir ki, Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, Ordusunun döyüş imkanlarından qorxur və ehtiyatlanır. Bu amil də düşmən tərəfdə vahimə və xof yaradır. Bununla da onlar Azərbaycan Silahlı Qüvvələrindən çəkindiklərini, qorxduqlarını boyunlarına alır, beləliklə də erməni əhalisini psixoloji cəhətdən məğlubiyyətə hazırlayırlar.
A.Miriyev






 
Bölməyə aid digər xəbərlər
17.11.2017
Meksika KİV: Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir
16.11.2017
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vyanada görüşünün keçirilməsi təklif olunub
15.11.2017
“Ermənistan get-gedə daha artıq dərəcədə vassal dövlətə çevrilir”
14.11.2017
Xocalı soyqırımın bəhs edən kitab İsraildə ingilis dilində çap olunub
13.11.2017
“Reshet Bet” radiostansiyası: “Ermənistanın Azərbaycana qarşı hərəkətləri işğaldır”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info