Putinin göstərişi ilə Rusiyanın müdafiə naziri Əsədlə görüşüb
Tarix: 13.09.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Dəməşqə işgüzar səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir. “Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Dəməşqə işgüzar səfər edərək, Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb”, - deyə məlumatda bildirilir. Görüş zamanı tərəflər iki ölkə arasında hərbi-texniki əməkdaşlığı və Suriyadakı vəziyyətin sabitləşdirilməsini müzakirə ediblər. Maraqlıdır ki, bu görüş Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanmasına dair danışıqların altıncı raundundan əvvəl olub. “RİA Novosti”nin xəbərinə görə, Astana danışıqlarında atəşkəsə zamin ölkələrin (Rusiya, Türkiyə və İran) nümayəndələri, rəsmi Dəməşqin və Suriya müxalifətinin nümayəndə heyətləri, habelə BMT-nin xüsusi elçisi Staffan de Mistura iştirak edəcək. ABŞ və İordaniya danışıqlarda müşahidəçi qismində təmsil olunur. Danışıqların əsas mərhələsi 14-15 sentyabr tarixlərində keçiriləcək. Sentyabrın 15-də plenar iclas keçiriləcək. Bundan əvvəlki raundlar yanvar, fevral, mart, may və iyulda keçirilib. Danışıqların əsas nəticəsi Suriyada atəşkəs rejiminin monitorinqi üzrə birgə əməliyyat qrupu barədə müddəanın razılaşdırılması və atəşkəsə zamin ölkələr arasında Suriyada təhlükəsizlik zonaların yaradılması haqqında memorandumun imzalanması olub.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info