Dini radikalizmlə mübarizədə islam həmrəyliyinin roluna dair müzakirələr aparılıb
Tarix: 14.09.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Ağstafada “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə dini mühitdə dini radikallığa meyillərin səbəbinin öyrənilməsi, bunun qarşısının alınmasında İslam həmrəyliyinin rolu, eyni zamanda, müvafiq sahədə kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması barədə müzakirələr aparılıb.
Tədbiri rayon icra hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev açaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətindən danışıb, bununla əlaqədar rayonda silsilə tədbirlərin təşkil olunduğunu qeyd edib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsul işçisi Akşin Axundov “Dini radikalizmə qarşı mübarizədə islam həmrəyliyinin rolu” mövzusunda məruzə ilə çıxış edərək komitə tərəfindən bu istiqamətdə görülmüş işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur. İslam dini adından çıxış edən radikal, ekstremist qruplaşmalar törətdikləri münaqişələr və qarşıdurmalarla maraqlı dairələrin dəyirmanına su tökürlər. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Bu cür xoşagəlməz hadisələr bütün dünyada islamofobiya meyillərini artırmaqla yanaşı, İslam dünyası əleyhinə kampaniyalara səbəb olur.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin işçisi Ceyhun Rüstəmov və Ağstafa şəhər “İmam Əli adına Cümə məscidi” dini icmasının sədri Şahin İsmayılov çıxış edərək Prezident İlham Əliyevin islam dininə və dini mədəniyyət abidələrinin bərpasına böyük önəm verdiyini diqqətə çatdırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info