Naxçıvanda yeni nəşrlərin təqdimatı olub
Tarix: 14.09.2017 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsinin aparıcı əməkdaşlarının - Elxan Məmmədovun “Eynəli bəy Sultanov və folklor”, Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor”, Leyla Səfərovanın “Azərbaycanda ingilis dili qrammatikasının tədqiqi tarixi”, Ramiz Qasımovun və Zülfiyyə İsmayılın həmmüəllifi olduqları “Azərbaycan ədəbiyyatında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyası” adlı monoqrafiyaların təqdimat mərasimi keçirilib.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək institut əməkdaşlarının son illərdə müxtəlif istiqamətlərdə sanballı еlmi əsərlər, o cümlədən dəyərli monoqrafiyalar, kitablar çap etdirdiklərini deyib. Bildirib ki, təqdimatı keçirilən dörd monoqrafiya müəlliflərin apardığı məhsuldar tədqiqatların uğurlu nəticəsidir.
Təqdimat mərasimində institutun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, filologiya üzrə fəlsəfə doktorları Zülfiyyə İsmayıl, Əli Həşimov və Nuray Əliyeva geniş məruzə ilə çıxış edib, yeni nəşrlərin əhəmiyyətini vurğulayıblar.
Məruzələr ətrafında bölmənin elmi katibi Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktorları Rəşad Zülfüqarov, Aygün Orucova və institutun əməkdaşı Vəfa Qasımova ictimaiyyətə təqdim olunan monoqrafiyaların üstün cəhətləri barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşərək müəlliflərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info