“Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur”
Tarix: 14.09.2017 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“ABŞ çox şaddır ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılmasında Azərbaycanla əməkdaşlığı davam etdirir". 
  
Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
  
R. Sekuta bildirib ki, ABŞ Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verib: “Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib.
 
Azərbaycanın əhəmiyyəti bu gün də ABŞ tərəfindən qəbul edilir və vurğulanır. Bu gerçəklik ABŞ prezidenti Donald Trampın 28 May - Azərbaycanın Respublika günü münasibətilə, habelə 24-cü Beynəlxalq Neft və Qaz Sərgi və konfransına göndərdiyi, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Cənub Qaz Dəhlizi və onun fevralda keçirilmiş Məşvərət Şurasına dəstək məktublarında aydın şəkildə əks etdirilib. ABŞ 1990-cı illərin sonlarında Azərbaycan neftinin dünya bazarlarına nəqlinə kömək edib, Bakı-Tbilisi-Ceyhanneft kəmərinə güclü siyasi dəstək verib, ABŞ şirkətləri burada öz maliyyələri və texnologiyaları ilə iştirak edib.
 
Bu sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik.
 
ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info