Müəllimlərin əlavə yerləşdirilməsinin nəticələri bəlli olub
Tarix: 14.09.2017 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb.  Bu mərhələdə  933  nəfər  müəllim olmaq hüququ qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 nəfər müəllim bu mərhələdə iş yerini dəyişib. Təhsil Nazirliyindən verilən xəbərə görə, müsahibədən uğurla keçərək müəllim adını qazanan namizədlər sentyabrın 15-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər. Namizədlərin nəticələri onların şəxsi səhifələrinə göndərilir.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4454 nəfər müəllim adını qazanıb. Ötən və cari tədris ilində keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müvafiq keçid balını toplamış şəxslər barədə məlumatlar rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi saytında yerləşdirilib. Ümumi təhsil müəssisələrində boş qalan vakant yerlərə müddətli müqavilə əsasında işə qəbul zamanı bal ardıcıllığı nəzərə alınmaqla həmin məlumatlardan istifadə olunması nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info