“BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb”
Tarix: 14.09.2017 | Saat: 12:51:00 | E-mail | Çapa göndər
“BP ilə 23 il ərzində çox faydalı əməkdaşlığımız formalaşıb. SOCAR-la BP arasında çox səmərəli əməkdaşlıq mexanizmi yaranıb".
 
APA-nın məlumatına görə, bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyevdeyib.
 
Dövlət başçısı bildirib ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılması ilə əlaqədar başqa şirkətlə də müqavilə imzalaya bilərdi: “Ancaq BP və "Əsrin müqaviləsi"ndə iştirak edən digər şirkətlərlə uğurlu əməkdaşlıq etdiyimiz üçün belə bir seçim edildi”.
 
Prezident İlham Əliyev bildirib ki, neft başağrısı da gətirə bilər: “Dünyanın neftlə zəngin olan müxtəlif ölkələrində müşahidə olunan mənzərə də bunu göstərir. Bizim əsas məqsədimiz isə neft gəlirlərini insan kapitalına çevirmək idi və buna nail olmuşuq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 11 min km-dən çox yolun inşa edilməsi neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə ilə bağlıdır. Neft Fondundan ayrılan vəsaitlə 250 min məcburi köçkünü 100-dən artıq qəsəbədə mənzillə təmin etmişik. Neft Fondunun gəlirləri və xərcləri şəffafdır. Parlament büdcəni təsdiqləyərkən Neft Fondunun vəsaitlərindən istifadəni də müəyyən edir”.
 
Dövlət başçısı qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı "Əsrin müqaviləsi"nin nəticələrini öz həyatında görür: "Bu gün yeni sənədin Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzində imzalanması rəmzi məna daşıyır. 23 il əvvəl Heydər Əliyevin səyi ilə "Əsrin müqaviləsi" imzalanmışdı. Bu gün imzalanacaq sənəd göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
“Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
22.09.2017
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
22.09.2017
Prezident Balaxanı Sənaye Parkının açılışında iştirak edib
21.09.2017
Van Veyquan: “Azərbaycan Çinin strateji tərəfdaşıdır”
21.09.2017
Nəsimidə Beynəlxalq Sülh günü qeyd edilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info