Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb
Tarix: 14.09.2017 | Saat: 12:58:00 | E-mail | Çapa göndər
Azərbaycanda dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bildirib ki, bu dəyişikliklərin hazırlanması istiqamətində işlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində aparılıb. Onun sözlərinə görə, layihə dövlət qulluğunda islahatların aparılmasına yönəlib: “Layihə 2016-cı ilin 17 noyabr tarixindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilir. Bu istiqamətdə dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılması, həmçinin, yen qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsi nəzərdə tutulur. Layihə çərçivəsində bu gün tədbirin keçirilməsində məqsəd onun dövlət qulluğu vəzifələrinin məzmununa görə sahələr üzrə qruplaşdırılması ilə bağlı 1-ci komponenti çərçivəsində görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq və dövlət orqanlarının nümayəndələri ilə əldə edilmiş nəticələr barədə birgə müzakirələr aparmaqdır. Onun 1-ci komponentinin həyata keçirilməsi üçün Azərbaycanın İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pilot orqan kimi seçilib”.
Tədbirin davamında mərkəzi icra hakimiyyəti orqanlarının insan resurslarının idarə edilməsi üzrə bölmələrinin və DİM-in nümayəndələri, Litvadan olan ekspertlər, Rezident Tvinninq Müşaviri və Tvinninq layihəsinin işçiləri çıxış edərək layihə barədə qarşılıqlı fikir mübadiləsi aparıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
18.11.2017
Suraxanı rayonunda iməcilik keçirilib
18.11.2017
Bakıda “Böyük tələbə layihəsi”nin 25 illiyi qeyd edilib
17.11.2017
Dövlət dilinə dövlətin qayğısı
17.11.2017
Rusiyanın nüfuzlu universiteti UNEC təcrübəsini öyrənmək istəyir

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info