Moskvada Azərbaycan-Rusiya münasibətlərinə dair beynəlxalq konfrans keçirilir
Tarix: 14.09.2017 | Saat: 13:26:00 | E-mail | Çapa göndər
Moskvada Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir. Paytaxtın "Prezident" hotelində keçirilən konfransın təşkilatçıları "İzborskiy Klub" və Geosiyasi Ekspertiza Mərkəzidir.
"Moskva-Bakı oxu - Qafqazın yeni geosiyasətinə doğru" adlı konfransda Rusiya Dövlət Dumasının və Azərbaycan Milli Məclisinin deputatları, hər iki ölkənin tanınmış ictimai-siyasi xadimləri, Rusiya və Azərbaycanın elmi və ekspert dairələrinin nümayəndələri, eləcə də diplomatlar, KİV nümayəndələri iştirak edirlər. 
Konfransı giriş sözü ilə açan, tanınmış politoloq, Geosiyasi Ekspertiza Mərkəzi sədri Aleksandr Duqin bildirib ki, tədbirin keçirilməsində məqsəd Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətini qiymətləndirməkdir:" Tədbirdə əsas diqqəti Rusiya və Azərbaycanın Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlığına yönəldiləcək. Konfrans iştirakçıları Azərbaycanın müasir beynəlxalq siyasətdə rolu, Rusiya-Azərbaycan münasibətlərinin dərinləşməsi, regiondakı mübahisəli problemlərin birgə həlli imkanlarını müzakirə edəcəklər". 
Konfransda Dağlıq Qarabağ probleminin siyasi yolla nizamlanmasına xüsusi diqqət ayrılacaq. O cümlədən mədəniyyət sahəsindəki əməkdaşlıq, iki ölkə arasında əlaqələndirici həlqə olan Azərbaycan diasporunun rolu, Rusiya və Azərbaycanın intellektual və vətənpərvər elitası arasında dialoq və mübadilə məsələləri müzakirəyə çıxarılacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
“Həyatımın ən böyük arzusuna çatdım – BANM-in tələbəsi oldum”
24.05.2018
İsa Həbibbəyli: “Sertifikasiya təhsilin keyfiyyətini artırmaq üçün məqbul bir prosedurdur”
24.05.2018
AXC dönəmində yaşamış əsgər-fotoqrafın xatirələri “Cümhuriyyətin 9 şəkli” filmində
24.05.2018
“Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb”
24.05.2018
 “Qafqaz üçlüyü” filmi Azərbaycana və azərbaycanlılara qarşı dərin nifrətin açıq təzahürüdür”

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9305

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info