“TANAP-ın istifadəsi ilə Azərbaycan və Türkiyənin enerji əməkdaşlığı pik həddə çatacaq”
Tarix: 14.09.2017 | Saat: 13:35:00 | E-mail | Çapa göndər
TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq.
Trend-in məlumatına görə, bu barədə “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak tərəfindən oxunan məktubunda deyilir.
Məktubda qeyd olunur ki, bu saziş beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi hesab olunur:
“Mən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə yeni sazişin imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, gələn il TANAP qaz kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan və Türkiyə arasında enerji sahəsində əməkdaşlıq pik həddinə çatacaq".
R.T.Ərdoğan bildirib ki, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də bütün sahələrdə, xüsusilə energetika sahəsində bir-birini dəstəkləməyə davam edəcək.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
ABŞ Azərbaycanın layihələrinə dəstəyi davam etdirəcək
22.09.2017
Bakıda sahibkarlar və menecerlər üçün treninq
22.09.2017
Sahibkarlıq fəaliyyətinə yeni başlayan gənc qadınlar üçün treninq
22.09.2017
Vergilər naziri Qaxda vətəndaşları qəbul edib
22.09.2017
OPEC+ ölkələri Vyanada toplaşacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info