Badımcan ürək-damar sisteminə müalicəvi təsir göstərir
Tarix: 14.09.2017 | Saat: 14:04:00 | E-mail | Çapa göndər
Badımcan hələ 1500 il əvvəl əkilib-becərilməyə başlanılıb. IX əsrdə ərəblər onu Afrikaya aparıblar. Avropalılar badımcanla yalnız XV əsrdə tanış olmuş və XIX əsrdən başlayaraq daha geniş şəkildə əkilib-becərilib.
AZƏRTAC xəbər verir ki, badımcanın tərkibində olan kalsium ürəyin işini tənzimləyir, ürək-damar sistemi xəstəliklərində müalicəvi təsir göstərir. Tərkibində olan bioloji aktiv maddələr orqanizmdə mübadiləsini sürətləndirərək yağ və piylərin parçalanmasını tezləşdirir. Zəngin kimyəvi tərkibinə görə ortqanizmdə turşu-qələvi tarazlığını, uzunmüddətli istifadə zamanı hətta su-duz mübadiləsini tənzimləyir. Həmin xüsusiyyətlərinə görə badımcan qəbizlik və podaqra kimi maddələr pozulmasıyla müşahidə olunan mədə-bağırsaq və qaraciyər xəstəliklərində geniş istifadə edilir. Həll olunmayan qidalı liflərlə zəngin olan badımcan bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir, xolesterinin səviyyəsini aşağı salır.
Badımcan qanın tərkibini və ürəyin fəaliyyətini yaxşılaşdırır, ateroskleroz və işemiya xəstəliyinin qarşısını alır. Onu əbəs yerə “uzunömürlülərin tərəvəzi” adlandırmırlar.
Badımcanın kalorisi az olduğuna görə diyetik məhsul, arıqlamaq istəyənlər üçün ən münasib tərəvəzdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Çay içənlər daha yaradıcı olurlar
19.01.2018
“Huawei” şirkəti yeni texnologiya hazırlayıb
19.01.2018
Qaynadılmış limon suyunun faydaları
19.01.2018
Putin 7 dərəcə şaxtada gölə girib
19.01.2018
2018-ci ilin ən innovativ şirkətləri bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info