“Rüstəm İbrahimbəyovun siyasətçi kimi potensialı çox aşağıdır”
Tarix: 07.05.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Son dövrlərdə mətbuatdan gördüyümüz kimi, Rüstəm İbrahimbəyov özünü müxalifətin lideri kimi qələmə vermək istəyir. Görüşlər keçirir, müxalifət partiyalarının sədrlərinə müzakirə üçün vaxt verir, kimisə uzaqlaşdırır və s. Ümumiyyətlə? İbrahimbəyovun siyasətə qurşanmasını necə qiymətləndirmək olar? Onun bəzi xarici dairələr ilə yaxınlığının arxasında nə kimi pərdəarxası məqamlar ola bilər? Bu və digər suallara siyasi ekspertlərlə cavab tapmağa çalışdıq.
Politoloq Elman Nəsirlinin məsələyə münasibəti belə oldu: “Bu yerdə Xalq şairimiz Qabilin məşhur misraları yadıma düşür: “Yaman oluruq biz. Səhv düşəndə yerimiz”. Hesab edirəm ki, Rüstəm İbrahimbəyov kinorejissor və yazıçı kimi fəaliyyətini davam etdirsəydi, öz potensialını bu yöndə göstərsəydi, onun fəaliyyəti daha məqbul, ağlabatan olardı. Amma bir siyasətçi kimi, siyasi xadim kimi onun potensialı çox aşağıdır. Ola bilər ki, yaxşı kinorejissor olsun, lakin hazırda qarşısına qoyduğu siyasətçi olmaq məqsədi xülyadan başqa bir şey deyil. Onun siyasi sferada uğur qazanması mümkün deyil. Bilirsiniz, kino və siyasət tamam fərqli şeylərdir. Ola bilsin ki, o, müəyyən filmlərində siyasətlə bağlı epizodlar verib. Amma bu virtual xarakter daşıyır. Böyük siyasət meydanında onu heç kim tanımır. İbrahimbəyov və onun ətrafındakı adamların ölkəmizdə hakimiyyətə gəlmək üçün göstərdiyi fəaliyyət isə əfsuslar olsun ki, Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Lakin belə cəhdlərin baş tutması mümkün deyil. Çünki vətəndaşlarımızn böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləyir. Azərbaycanın son dövrlərdə çox nəhəng, beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin səbəbi Azərbaycanda olan sabit ictimai-siyasi mühitdir. Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi kataklizmlərdən keçib, səriştəsiz insanların başçılığı altında vətəndaş müharibəsinə sürüklənib. Ona görə də bütün bu hadisələrin şahidi olan xalqımız hazırkı siyasi kursun davamının tərəfdarıdır”.
Politoloq Elxan Şahinoğlu isə məsələyə münasibətini bu cür bildirdi: “İstənilən Azərbaycan vətəndaşının, o cümlədən Rüstəm İbrahimbəyovun da siyasətlə məşğul olmaq hüququ var. Bu siyasətin uğur qazanıb, qazanmayacağı başqa məsələdir. Rüstəm İbrahimbəyov Moskvada formalaşan bəzi dairələrə yaxındır. Ona görə də Rüstəm İbrahimbəyovun müxalifətçiliyinə bir qədər şübhə ilə yanaşıram. Rusiyadakı bəzi dairələr Azərbaycanı öz orbitlərinə cəlb etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə vasitələrdən biri də Azərbaycandaxili siyasi proseslərə təsir etməkdən ibarətdir”.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info