Ədəbiyyat İnstitutu beynəlxalq konfransda uğurla təmsil olunub
Tarix: 14.09.2017 | Saat: 16:53:00 | E-mail | Çapa göndər
Rusiya Federasiyası Rostov vilayətində Mixail Şoloxovun ev muzeyində “Şoloxov oxuları” beynəlxalq elmi-praktiki konfransı keçirilib. Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, fəlsəfə doktoru Samir Səttarov da iştirak edib.
Tədbirin ilk günü azərbaycanlı alim iştirakçıları AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin adından salamlayaraq “Mixail Şoloxovun yaradıcılığı polyak ədəbiyyatşünaslığında” mövzusunda məruzə ilə çıxış edib.
Beynəlxalq konfransda akademik İsa Həbibbəylinin “Mixail Şoloxovun ədəbi irsi Azərbaycan ədəbiyyatşünaslığında” mövzusunda məruzəsinin mətni təqdim olunub.
Tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə yanaşı Rusiya EA Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, Novidsad Universiteti (Serbiya) və başqa elmi-tədqiqat müəssisələri və ali məktəblərin nümayəndələri iştirak ediblər.
Tədbirdən sonra iştirakçılar Mixail Şoloxovun ev muzeyini ziyarət edib, görkəmli yazıçının həyatı yolu ilə yaxından tanış olublar.
Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mixail Şoloxovun ev muzeyi arasında əlaqələr 2014-cü ildə akademik İsa Həbibbəyli tərəfindən qurulub. Həmin vaxtdan sonra hər iki tərəf Azərbaycanda və Rusiyada keçirilən beynəlxalq tədbirlərdə yaxından iştirak edir və müəssisələr arasında əlaqələr getdikcə genişlənir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Milli Məclislə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
22.09.2017
Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
22.09.2017
Dünya Bankının təhsil missiyası UNEC-də
22.09.2017
Bakıda beynəlxalq incəsənət festivalı keçirilir
22.09.2017
 Baş cərrah: “Dünyada elə bir cərrahi müdaxilə növü yoxdur ki, o Azərbaycanda icra olunmasın”

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info