LDU-da müəllimlərə xidməti mənzillər verilib
Tarix: 14.09.2017 | Saat: 17:32:00 | E-mail | Çapa göndər
Аzərbаycаn Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı fəaliyyət planina əsasən ali təhsil müəssisələrində kampusların yaradılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Lənkəran Dövlət Universitetində (LDU) bu istiqamətdə artıq ilk addımlar atılır. Bu il ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kvadratmetr olmaqla, 6 ikiotaqlı mənzil inşa edilib.
Xidməti mənzillər qonaq və yataq otaqları, eləcə də mətbəx, sanitar qovşaqdan ibarətdir. Binada, eyni zamanda, texniki otaqlar və anbar da var. Mənzillər zəruri məişət avadanlığı - televizor, soyuducu, yataq dəsti, stol-stul və yumşaq mebellə təmin olunub.
Sentyabrın 14-də LDU-nun 2 nömrəli tədris korpusunun ərazisində inşa olunmuş yeni mənzillərin açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ali təhsil ocağının professor-müəllim heyətini əlamətdar hadisə münasibətilə təbrik edib.
Son illər ölkəmizdə təhsilin inkişafı istiqamətlərində görülən işlərdən, həyata keçirilən layihələrdən danışan N.İbrahimov, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının təhsilimizin inkişafına səbəb olduğunu diqqətə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov və başqaları çıxışlarında universitetin professor-müəllim və tələbə heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, cari dərs ilində onlara uğurlar arzulayıblar.
Yeni mənzil alan gənc alim Vüsal Rzayev Bilik günü ərəfəsində bu gözəl hədiyyəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Mərasimdə xidməti mənzillərin açarları sahiblərinə təqdim edilib.
Tədbir iştirakçıları yeni mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2018
Valensiya mətbuatında 20 Yanvar faciəsinə həsr olunan məqalə dərc edilib
21.01.2018
Azərbaycan və tatar diasporunun nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
21.01.2018
Berlində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
20.01.2018
20 Yanvar şəhidlərinin əziz xatirəsi Ər-Riyadda yad olunub
20.01.2018
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Mərakeşdə də yad olunub

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8228

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Yeni dünya nizamı: Rusiya və Çin ABŞ-a alternativ yaratmağa nail olub
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info