ADNSU ilə Malakand Universiteti əməkdaşlıq müqaviləsi imzalanıb
Tarix: 14.09.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər
Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı Pakistanın Malakand Universitetinin professoru, Pakistan Kimya Cəmiyyətinin vitse-prezidenti professor dr. Rəşid Əhmədlə görüşüb.
Bu haqda universitetdən redaksiyamıza məlumat verilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonağa universitetin tarixi, son vaxtlar ali məktəbdə həyata keçirilən islahatlar haqqında məlumat verib.
Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında danışan rektor, prof. Mustafa Babanlı qonağı “eazi START” Startap və İnnovasiya Mərkəzi, gündəlik təcrübə proqramı və başqa yeniliklər haqqında da məlumatlandırıb.
Səmimi qəbula görə rektora minnətdarlığını bildirən professor dr. Rəşid Əhməd təmsil etdiyi universitet haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığın önəmindən danışan R.Əhməd gələcəkdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə inandığını bildirib.
Görüşdə iki universitet arasında tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb. Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. ADNSU-nun rektoru, professor M.Babanlı qonağa xatirə hadiyyəsi təqdim edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.02.2018
Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin edilib
20.02.2018
Milli qəhrəmanlara verilən Prezident təqaüdü artırıldı
20.02.2018
I qrup əlilliyə görə sosial müavinət alanlara Prezident təqaüdü artırılıb
20.02.2018
SOCAR-ın təqaüd proqramları gənclərə əlverişli imkanlar yaradır
20.02.2018
Atatürkün “İstiqlal” medalı ilə təltif etdiyi Hacı Cabbar Kömək kim olub?

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8446

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info