“Saudi Aramco”nun səhmləri 2019-cu ilin əvvəlində satışa çıxarılacaq
Tarix: 14.09.2017 | Saat: 19:59:00 | E-mail | Çapa göndər
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmləri 2019-cu ilin əvvəlində satışa çıxarılacaq. “Bloomberght.com” xəbər verir ki, bu barədə şirkətə yaxın mənbələr deyib. Bildirilir ki, səhm satışının dəyərinin böyük olması satış prosesinin gecikməsinə səbəb olur. Xatırladaq ki, “Saudi Aramco”nun icraçı direktoru Amin Nasser şirkətin səhmləri 2018-ci ilin ikinci yarısında satışa çıxarılacağını demişdi. Şirkətin səhmlərinin 5 faizlik hissəsi Səudiyyə Ərəbistanının birjası (Tadawul) ilə yanaşı, daha çox beynəlxalq bazarda satılacaq. Bu səhm satışının dəyərinin 2 trilyon dollara çatacağı gözlənilir. Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun səhmlərinin satışı üzrə məsləhətçi banklar artıq seçilib. Şirkətin səhmlərinin satışı zamanı “JPMORGAN Chase”, “Morgan Stanley” və “HSBC” bankları məsləhətçi qismində çıxış edəcəklər. Əvvəllər isə “Aramco”nun özəlləşdirilməsi üzrə “Moelis & Co”, “Evercore Partners Inc.” və “Michael Klein” məsləhətçi şirkətlər kimi seçilmişdi.




 
Bölməyə aid digər xəbərlər
24.05.2018
Türkiyədə Azərbaycan günü keçirilib
24.05.2018
Norveçdəki soydaşlarımızdan AXC-nin 100 illiyilə bağlı təbrik mesajı
24.05.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İsveçrədə qeyd edilib
24.05.2018
İsrail Knesseti qondarma “erməni soyqırımı”nın tanınmasını müzakirə edəcək
23.05.2018
Putin Əsədi Soçiyə niyə çağırmışdı?

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9305

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”
4 “Əlillik təyinatlarının həyata keçirilməsində mövcud vəziyyət qənaətbəxş deyil”
5 “Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info