Ukrayna Dnestryanı ilə sərhədə qoşun yeridib
Tarix: 14.09.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər
Ekspertlər hesab edirlər ki, Dnestryanı məsələsindən Donbasa BMT sülhyaratma missiyasının yerləşdirilməsi ilə bağlı prosesdə təzyiq elementi kimi istifadə olunur

Ukraynanın Milli Qvardiya əsgərlərinin Dnestryanı ilə sərhədə yerləşdirilməsi bölgədə vəziyyəti xeyli gərginləşdirib. Ukrayna daxili işlər nazirinin müavini Serqey Yarov məlumatı təsdiqləyib. Moldova dövlət başçısı İqor Dodon bəyan edib ki, Ukraynanın bu provokasiyası Dnestryanı bölgəsinə qarşı yönəlib və bölgədə silahlı münaqişənin bərpa olunma riski çoxalıb.
“Ukrayna siyasəti” fondunun rəhbəri Konstantin Bondarenko bildirib ki, Dnestryanı ilə sərhəd zonasının Milli Qvardiyanın nəzarətinə verilməsi bölgəyə qarşı deyil, orada olan Rusiya qoşunlarından gələ biləcək təhlükəyə qarşı hesablanıb. Yarov “Korrespondent.Net” saytına açıqlamasında deyib ki, sərhəd regionlarında nəzarəti gücləndirmək üçün bir sıra tədbirlər həyata keçirilir: “Odessa bölgəsi Dnestryanı ilə sərhəddə olduğundan buraya xüsusi diqqət ayrılıb. Cənub regionu ən ağır bölgələrdən biridir”. Rəsmi Kiyev dəfələrlə bəyan edib ki, Dnestryanı bölgəsi ilə sərhədi bağlaya bilər. Bu, orada yerləşən Rusiya ordusuna aid bölmələrlə bağlıdır. Ukraynalı ekspertlər hesab edirlər ki, Dnestryanı bölgəsində Rusiya əsgərlərinin olması ölkə üçün müəyyən təhdidlər yaradır. Onlar həmin əsgərlərin Odessaya daxil ola biləcəyindən ehtiyatlanırlar. Elə bu səbəbdən də Milli Qvardiya bölmələri Dnestryanı bölgəsi ilə sərhədə yerləşdirilib. Konstantin Bondarenko yerli mətbuata açıqlamasında deyib ki, Ukrayna bu addımı ilə öz oyununu oynayır. Moldovada ikitirəlik yaranıb. Parlament və hökumət qərbyönümlüdür və Moskva ilə münasibətləri nizamlamağın tərəfdarı olan prezident Dodona qarşıdır. Ukrayna isə son addımları ilə antidodon komandasına dəstək vermiş olur. Rəsmi Moldova hesab edir ki, Dnestryanı bölgəsinin bir addımlığına Ukrayna qüvvələrinin yerləşdirilməsi münaqişə riski yaradır. Tanınmamış Dnsetryanı bölgəsinin rəsmisi Aleksandr Şerba bildirib ki, onlar baş verənləri diqqətlə izləyir. Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində iki nəzarət məntəqəsi quraşdırılıb. İndi oradan Ukraynaya daxil olanlar ciddi yoxlamadan keçirilir.

Moldova narahatdır: Dnestryanı bölgəsinin bir addımlığına Ukrayna qüvvələrinin yerləşdirilməsi münaqişə riski yaradır

Ukrayna pasportu olanlardan fərqli olaraq Rusiya pasportu daşıyan bölgə sakinləri daha ciddi şəkildə yoxlanılır. Şerba bildirib ki, bölgədə yerləşən Rusiya qüvvələri qonşular üçün təhlükə yaratmır. Onun sözlərinə görə həmin qüvvələrlə bağlı bütün məlumatlar tərəflərə çatdırılır. Digər tərəfdən həmin qüvvələrin rotasiya qaydasında yerlərinin dəyişməsini həyata keçirmək mümkün deyil. Çünki Rusiyanın həmin qüvvələri əvəzləyəcək yeni əsgərlərinin oraya daxil olmasına nə Ukrayna, nə də Moldova imkan vermir. Ekspertlər hesab edirlər ki, Dnestryanı bölgəsində vəziyyətin gərginləşdirilməsi Donbasda BMT sülhyaratma qüvvələrinin yerləşdirilməsi məsələsi ilə bağlıdır. Rusiya və Ukrayna bu məsələyə müsbət baxsalar da, qüvvələrin harada yerləşməsi məsələsi mübahisəli olaraq qalır. ABŞ Dövlət Departamenti hesab edir ki, BMT sülhyaratma missiyası təkcə Donbasda deyil, eləcə də Ukrayna ərazisində yaradılan iki separatçı bölgənin sərhədlərində də yerləşməlidir. Bu haqda Departamentin rəsmisi Hezer Hauret bildirib. Moskva israrla bildirir ki, həmin qüvvələr Donbasda olmalı və Rusiya ilə sərhədə yaxın gəlməməlidir. Ukrayna dövlət başçısı Poroşenko bu ideyanın aktiv müdafiəçisi olaraq bir daha bəyan edib ki, məsələni bütün tərəflərlə müzakirə etməyə hazırdır. Sadəcə, bir şərt var- missiyada Rusiya olmamalıdır. Dövlət Departamenti BMT qüvvələrinin Ukraynanın şərqində, Rusiya sərhədlərinə doğru yerləşməsini istəyir: “Biz buna Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması üçün mümkün yollardan biri kimi yanaşırıq”. Vaşinqton hesab edir ki, BMT sülhyaratma missiyasının Rusiya ilə sərhədə qədər yerləşməsi Ukrayna daxilindəki parçalanmanı da aradan qaldıra bilər. Rusiya tərəfi bildirir ki, Moskva bu münaqişədə tərəf olmadığı üçün sülhyaratma missiyasının onların sərhədində yerləşməsinə ehtiyac yoxdur. Ekspertlər hesab edirlər ki, bu məsələ BMT Baş Assambleyasında da müzakirə olunacaq. Ukrayna BMT Təhlükəsizlik Şurasına bu məsələ ilə bağlı qətnamə layihəsi təqdim edəcək. Ekspertlər hesab edirlər ki, Dnestryanı məsələsinin bu kontekstdə yenidən gündəmə gətirilməsi də Donbasa BMT sülhyaratma missiyasının yerləşdirilməsi ilə bağlı prosesdə təzyiq elementi kimi istifadə olunması ilə bağlıdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Rusiyada avtobus yük avtomobili ilə toqquşub
18.11.2017
Latviya Müstəqillik Gününü qeyd edir
17.11.2017
Meksika KİV: “Deputatların işğal olunmuş ərazilərə qanunsuz səfəri Meksika-Azərbaycan əlaqələrinə zərər yetirir”
17.11.2017
“Ermənilərdən kimlərsə Rusiyada qanun qarşısında hamının bərabər olduğunu anlaya bilməyib”
17.11.2017
“Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info