Rusiya Suriyadakı bazasına yeni qırıcılar göndərib
Tarix: 14.09.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər
“Kommersant”:
“Hərbçilər terrorçulara qarşı lazerlə təmin edilmiş “X-29L” qanadlı raketlərdən istifadə edə bilərlər”

Rusiyanın Müdafiə Nazirliyi Hmeymim hava bazasını dörd ən yeni «MiQ-29SMT» döyüş təyyarəsi ilə təchiz edib.
“Kommersant” nəşrinin məlumatına görə, göndərilən təyyərələr daha çox bu ərazidəki pilotları təcrübə ilə təmin etmək, həmçinin döyüş şəraitində manevrlər həyata keçirməyə hesablanıb. Artıq yeni “MiQ-29SMT”-lərin Suriyaya gətirilməsi ilk təsdiqini tapıb. Belə ki, Rusiya Müdafiə Nazirliyinin saytında yayımlanan fotoşəkillərdə bu öz əksini tapıb. “Kommersant”ın başqa bir məlumatına görə yeni texnika regiona ötən həftə Rusiyanın Privoljsk, Həştərxan hava limanlarından çatdırılıb. O da qeyd edilir ki, dörd əsas təyyarədən başqa, “MiQ-29SMT”-lərə oxşar əlavə üç təyyarə də Suriyaya göndərilib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahına yaxın mənbələrin məlumatına görə, göndərilən təyyarələr Suriyada bir neçə problemi bir anda həll etmək üçün nəzərdə tutulub. Bunlardan birincisi, təyyarə heyətinin döyüş təcrübəsi əldə etməsi, ikincisi isə hər hansı bir döyüş və ya müxtəlif təlimlər şəraitində təyyarələrin manevr imkanlarının artırılmasıdır. Verilən məlumata görə, hazırda “MiQ-29SMT”-nin heyəti Suriyada döyüş missiyalarının da həyata keçirilməsində iştirak edir. Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın “MiQ” tipli təyyarəsi “İŞİD”-in mövqeyinə «OFAB-500Kr» yüksək partlayıcı bomba atmışdı. Nəşrin məlumatına görə, hərbçilər terrorçulara qarşı lazerlə təmin edilmiş “X-29L” qanadlı raketlərdən də istifadə edə bilərlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2017
Avropada yeni proses başlayıb
26.09.2017
Yaponiya parlamentinin aşağı palatası buraxılacaq
26.09.2017
“The Jerusalem Post”: “Dünya birliyi Ermənistan prezidentinin nazı ilə oynamamalıdır”
26.09.2017
Nghiem Vu Khai: “Azərbaycanın universitet, institut və texnikumlarını dörd mindən çox vyetnamlı məzun bitirib”
26.09.2017
Yunanıstanda KİV-lər tətil edir

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7362

1 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
2 “Məqsədim seçicilərimin səsini və ümidini doğrultmaqdır”
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Fuad Muradov: “Gənclər dövlət siyasətinin tərkib hissəsidir”
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info