MOİK-in idmançıları Dünya Çempionatında iştirak edəcəklər
Tarix: 14.09.2017 | Saat: 20:16:00 | E-mail | Çapa göndər
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları sentyabrın 18-dən 25-dək Litva Respublikasının Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci Dünya Çempionatında iştirak edəcəklər. Komandamızı sərbəst güləş yarışlarında Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq), Rəşad Yusifli (74 kq) və Əşrəf Əliyev (86 kq) təmsil edəcək. Yunan-Roma güləşçilərinin mübarizəsində Murad Məmmədov (59 kq), Kərim Cəfərov (66 kq), Sənan Əlmirzəyev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) ölkəmizi təmsil edəcəklər. Çempionatda qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) və Tatyana Varantsova (53 kq) mübarizə aparacaqlar. Yüksək səviyyəli yarışlara pəhləvanlarımızı beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, mayor Nazim Əlicanov və beynəlxalq dərəcəli idman ustası, mayor Taleh İsrafilov hazırlayırlar. Növbəti dəfə dünya arenasında uğur qazanmaq üçün MOİK yarışlara klubun rəisi, Beynəlxalq Hərbi İdman Şurasında (CİSM) Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Rəşad Quliyevin rəhbərliyi ilə qatılacaq. Dünya çempionatının görüşlərində hakimlik etmək məqsədilə komandamızın tərkibində beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də Litvaya yola düşəcəklər. Qeyd edək ki, çempionatda iştirak edəcək komandamızın heyətində dünya və Avropa çempionları, eləcə də Olimpiya Oyunlarının, respublika birinciliklərinin qalibi olan idmançılar yer alır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2017
Qadın voleybolçular arasında Avropa çempionatı
21.09.2017
Kavani: “Neymara kömək etməliyik“
21.09.2017
Ndlovu Avropa klublarının maraq dairəsində
20.09.2017
UEFA Avropa Liqasının finalı Bakıda keçiriləcək
20.09.2017
Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Nigar Abdullayeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7348

1 “İngiltərənin parlament üzvlərinin Dağlıq Qarabağ münaqişə ilə bağlı məlumatları var”
2 Xarəzm və Xivə əhalisinin ləhcəsi Azərbaycan dilinə çox yaxındır
3 Özbək səmimiliyi: “Siz qəzetə yazın, bizsə qəlbimizə yazırıq”
4 Prezident BMT-də Ermənistanı "işğalçı" adlandırdı
5 Sumqayıtda SOCAR-ın bir sıra obyektləri istifadəyə verilib
22.09 20:10 Badamlı peçenye
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info