“Çempionlar Liqasının qalibi olmaq çox çətindir”
Tarix: 14.09.2017 | Saat: 20:18:00 | E-mail | Çapa göndər
“Çempionlar Liqasında rəqabət yüksək səviyyədədir”. Bu sözləri “Çelsi”nin hücumçusu Alvaro Morata deyib. Klubun saytına açıqlama verən Morata bu turnirdə mübarizə aparmağın asan olmadığını bildirib. O, həm “Yuventus”, həm də “Real”la ÇL-in finalına yüksəldiyini xatırladıb: “İndiyə qədər formasını geyindiyim bütün komandalarla Çempionlar Liqasının finalına çıxmışam. Bu il də eyni nəticəni təkrarlamağa ümidliyəm. Bu turnirin qalibi olmaq çox çətindir. Amma yaxşı komandamızın olduğunu, bunun da hesabına uğurlu nəticəyə imza ata biləcəyimizi düşünürəm”. İspaniyalı forvard həm İngiltərə Premyer Liqası, həm də Çempionlar Liqasında fərqlənərək, komandasına qələbələr qazandırmaq niyyətindədui: “Bu vaxta qədər “Çelsi”də yalnız başla qollar vurmuşam. Ümidvaram ki, tezliklə ayaqlarımdan da lazımınca istifadə edəcəm. İngiltərə futbolu İtaliya və İspaniya futbollarından fərqlənir. Burda rahatlaşmaq üçün az vaxtın olur. İngiltərədə oynamaq istəyən futbolçu daim yaxşı vəziyyətdə olmalı və hər oyuna ciddi yanaşmalıdır”. Qeyd edək ki, “Çelsi”nin baş məşqçisi Antonio Konte “Qarabağ”la qarşılaşmada ehtiyat oyunçular skamyasında əyləşən Alvaro Morataya şans verməmişdi.




 
Bölməyə aid digər xəbərlər
18.11.2017
Şahin Diniyev istefa verib
18.11.2017
Elçin Məmmədov ÇSKA-Benfika matçına təyinat aldı
18.11.2017
“Çelsi“ Bakıya nə vaxt gəlir?
18.11.2017
Ançelotti İtaliya millisinə gəlməzdən öncə şərt qoyub
18.11.2017
Dünya çempionatında iştirak edəcək yığmaların dəyəri açıqlanıb

Şərh əlavə olunmayıb



    ,    
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Ilkin Mustafayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7725

1 Birinci vitse-prezidentə yeni köməkçi təyin edilib
2 Rostovda məhv edilən pomidorlar ermənilərə yaman yer eləyib
3 “Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq”
4 Şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi
5 Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info