“Yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycana təşəkkür edirik”
Tarix: 15.09.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Manabu Hori ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, görüşün əvvəlində tərəflər Azərbaycan Respublikası hökuməti və Yaponiya hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələblərindən azad olunması haqqında notalar mübadiləsi həyata keçiriblər. Həmçinin adi pasport sahibləri üçün viza rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi niyyəti ifadə edilib.
X.Xələfov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini məmnunluqla xatırladıb və ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. O, Yaponiyanı Azərbaycanın etibarlı tərəfdaşı adlandırıb və Yaponiya hökumətinin bu illər ərzində ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Nazir müavini “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə əlaqədar yeni Sazişin imzalanmasının mühüm tarixi əhəmiyyət kəsb etdiyini bildirib və bu xüsusda, layihədə iştirak edən yapon şirkətlərinin fəaliyyətini təqdir edib. Bununla yanaşı, ölkəmizdəki iqtisadi islahatlar çərçivəsində qeyri-neft sektorunda yeni layihələrdə Yaponiya şirkətlərinin iştirakının vacibliyi qeyd olunub.
Manabu Hori ölkəmizdə yapon şirkətlərinə yaradılmış əlverişli şəraitə görə Azərbaycan tərəfinə təşəkkür edib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. O, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın aparıcı rolunu yüksək qiymətləndirib. Həmçinin Manabu Hori QUAM+Yaponiya formatında mövcud əməkdaşlığın vacibliyini qeyd edib.
Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə yaponiyalı həmsöhbətinə ətraflı məlumat verib, Yaponiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. O, Azərbaycanın işğal faktı ilə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini xüsusi vurğulayıb.
Manabu Hori münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə sülh yolu ilə həllinə ümidini ifadə edib.
Tərəflər, həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazir müavinləri qarşılıqlı maraq kəsb edən regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info