İngiltərədə təhsil almış məzunlarla görüş keçirilib
Tarix: 15.09.2017 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


İngiltərədə təhsil almış məzunlarla növbəti görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts çıxış edərək Britaniyanın xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün əsas ölkə olaraq qaldığını bildirib. Səfir qeyd edib ki, bu, tələbələrin Britaniyada peşəkar, akademik təcrübə qazanması, eləcə də ölkə ilə müsbət əlaqələr qurması üçün nadir imkandır.
Bu cür tədbirlərin qeyd edilməsinin ölkələrimiz arasında əlaqələrin səviyyəsini göstərmək üçün böyük imkan olduğunu deyən səfir ikitərəfli münasibətlərin daha geniş məcrada inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə iştirak edən Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini söyləyib. İqtisadiyyat və biznes sahəsində 20 ildən artıq təcrübəsinin olduğunu diqqətə çatdıran dövlət naziri Azərbaycan və Böyük Britaniyanın etibarlı tərəfdaş olduqlarını bildirib.
Tələbə proqramlarının Azərbaycan-İngiltərə əlaqələrinin inkişafına xidmət etdiyini deyən Alan Dunkan proqramdan yararlanan gənclərin iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəklərinə əmin olduğunu bildirib.
Tədbirdə bu il “Chevening” təqaüd proqramı ilə İngiltərədə təhsil almaq imkanı əldə edən 7 gəncə sertifikatlar təqdim olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info