“2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək“
Tarix: 15.09.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Bu gün 2017-ci ilin payız sessiyası çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ilk iclası keçirilir. İclası giriş sözü ilə açan komitə sədri Ziyad Səmədzadə ötən gün "Əsrin müqaviləsi"nin müddətinin uzadılmasının əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu saziş Azərbaycan üçün çox əhəmiyyətlidir: "2050-ci ilə qədər Azərbaycan iqtisadiyyatı həm neft hesabına, həm də dayanıqlı iqtisadiyyat hesabına daha da inkişaf edəcək".
Z.Səmədzadə əlavə edib ki,  bu ilin yaz sessiyası çox məhsuldar keçib: "Yaz sessiyasında 17 iclas keçirilib. 122 məsələ, o cümlədən 120 qanun layihəsinə dəyişiklik edilib".
Komitə sədri əlavə edib ki, bu payız sessiyası da məhsuldar olacaq.
Qeyd edək ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında 20 qanun layihəsi müzakirə ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info