«Vaşinqton Post»: «Avropanın gələcəyi qaranlıqdır»
Tarix: 07.05.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Hazırda Yunanıstanda gənclər arasında işsizlik 60, İspaniyada isə 55 faiz təşkil edir”
Avropanı bürüyən iqtisadi böhranın nə vaxt sabitləşəcəyi hələ bəlli deyil. Əksər ekspertlər hesab edirlər ki, «kəmərsıxma» tədbirləri müvəqqəti dövr üçün keçərlidir. Müəyyən dövr bitdikdən sonra böhranın zərbələri daha ağır şəkildə özünü büruzə verməyə başlayacaq.
Bunun əsas səbəbi isə böhranın kökündə yatan səbəblərin aradan qaldırılmamasıdır. İşsizliyin sürətlə artması və işsizlərin arasında cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan gənclərin çoxluq təşkil etməsi Avropa üçün yaxşı heç nə vəd etmir. Baxmayaraq ki, bəzi avropalı ekspertlər optimist əhvali-ruhiyyədədir. Onlar hesab edir ki, İtaliyada yeni hökumətin qurulması ictimai narazılığın tonunu bir qədər azaltmağa başlayıb. Böhrandan əziyyət çəkən digər Avropa ölkələri də «kəmərsıxma» tədbirlərini bir qədər yumşaldıblar. Bu tədbirlər böhranın acı təsirlərini aradan qaldırmasa da, müəyyən nikbin proqnozlar səsləndirməyə imkan verir. Amma Vaşinqton elmi-araşdırma mərkəzinin aparıcı mütəxəssisi, Beynəlxalq iqtisadiyyat üzrə Peterson İnstitutunun iqtisadçısı Hans-Verner Zinn belə düşünmür. «Vaşinqton Post» qəzetində dərc edilən məqalədə qeyd edilir ki, məşhur iqtisadçı Avropa dövlətlərində böhran əleyhinə həyata keçirilən tədbirləri dəfələrə tənqid atəşinə tutub. Bu məsələ ilə bağlı tanınmış iqtisadçılar, o cümlədən Corc Sorosla açıq şəkildə mübahisələrə girişən cənab Zinn Avropadakı iqtisadi böhranın geridə qalması ilə bağlı optimist fikirlərə ciddi şəkildə şübhə edir. Zinnin fikrincə, ucuz kredit siyasəti dövrü borclu ölkələrdə işsizliyin səviyyəsini azaltmaqla yanaşı, inflyasiyasının səviyyəsini artırıb. Bunun nəticəsində isə Almaniya ilə müqayisədə digər ölkələr rəqabət qabiliyyətini itirib. 1995-2008-ci illərdə Almaniyada qiymətlər 9 faiz qalxdığı halda, borclu ölkələr olan İtaliyada bu rəqəm 40, İspaniyada 56, Yunanıstanda isə 67 faiz olub. İqtisadçı əmindir ki, borclu ölkələr rəqabət qabiliyyətini bərpa etməlidirlər. Ancaq bu halda ticarət disbalansını bərpa etmək mümkündür. Çünki bu vəziyyətdə Almaniya nəhəng gəlir əldə etdiyi halda, borclu ölkələr iqtisadiyyatlarını sağlamlaşdıra bilmirlər: «Təəssüf ki, bunu etmək o qədər də asan deyil. Zinn hesab edir ki, Avropa üç mühüm strategiyadan birini seçməlidir. Birincisi, həmin ölkələr sərt iqtisadi tədbirlər siyasətini davam etdirməlidirlər. Əks proses istehsal imkanlarının azalması fonunda maaşların kəsilməsinə və işsizliyin artmasına gətirib çıxaracaq. Amma bu cəzaverici siyasət cəmiyyəti məhv edir. Hazırda Yunanıstanda gənclər arasında işsizlik 60, İspaniyada isə 55 faiz təşkil edir. Bu ölkələr daha nə qədər dözə biləcəklər? Yekunda həmin dövlətlərin bir çoxu müflis elan olunacaq. İkincisi, borclu-ölkələr rəqabət qabiliyyətini bərpa etməyə çalışmalıdır. Bu isə ancaq Almaniyanın qiymət üstünlüyündən imtina etdiyi təqdirdə baş verə bilər. Yaxın on il ərzində qeydə alına biləcək 5,5 faizlik artım normal ola bilər, amma Almaniya bununla razılaşmayacaq. Almaniyada illik inflyasiya 1 faiz, işsizlik isə 5,4 faizdir. Ümumi avrozonada isə işsizlik 12,1 faiz təşkil edir. Üçüncüsü, borclu-ölkələr avrodan istifadədən imtina edərək, öz milli valyutalarına qayıtmalıdırlar. Həmin ölkələr ancaq iqtisadiyyatlarını bərpa etdikdən sonra avroya qayıda bilərlər». Cənab Zinn hesab edir ki, Avropa dövlətləri üç strategiyanın hər birinin müxtəlif elementlərindən istifadə edə bilərlər. Amma bu halda belə, qitə dövlətlərinin uğur qazanacağı inandırıcı görünmür. Bir çox ekspertlər Zinnin proqnozlarını sərt tənqid ediblər. İqtisadçı Uilyam Klayn xəbərdarlıq edib ki, defoltun tez-tez xatırlanması ancaq faiz dərəcələrini artırmağa xidmət edir. Cekoyb Kirkeqaard isə hesab edir ki, Avropa Bankı ticarət balansının pozulmasının qarşısını almaq üçün kreditlər ayıra bilər: «Avropa dünya iqtisadiyyatının 1/5-ni təşkil edir. Avropanın gələcək taleyinin necə olacağının dəqiq cavabı yoxdur. Avropanın böhrandan çıxma yolları qaranlıqdır. Bu qeyri-müəyyənlik bütün dünyanın çiyinlərindən yük kimi asılıb».
ANAR




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
ABŞ-da Türk evi inşa olunur
21.09.2019
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verilib
20.09.2019
ABŞ Rusiyanın hipersəs sürətli silahları qarşısında gücsüzdür
20.09.2019
Əfqanıstanda NATO konvoyuna hücum olub
20.09.2019
Nigeriyada 34 mindәn çox uşaq aclıq tәhlükәsi ilә üz-üzәdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info