ADPU-da I tədris ili tələbələri ilə görüş keçirilib
Tarix: 15.09.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


2017-2018-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya, Riyaziyyat və informatika, Kimya və biologiya, Fizika və texnologiya, Tarix və coğrafiya, İbtidai təhsil, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültələrində I tədris ilinə qəbul olunmuş tələbələrlə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd tələbə-gəncləri təhsil alacaqları fakültə ilə tanış etmək, onları Boloniya prosesi, kredit sistemi, tədris və imtahan prosesi, kitabxanadan istifadə, dərsə davamiyyət və davranış qaydaları, hüquq və vəzifələri, ictimai-mədəni tədbirlərdə iştirakları barədə məlumatlandırmaq olub. Görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, müəllimlər və tyutorlar iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov fakültələrdə keçirilən görüşlərdə tələbələri universitetə qəbul olunmaları və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, uğurlar arzulayıb. Rektor Cəfər Cəfərov bildirib ki, bu görüşün keçirilməsi tələbələrə istiqamət verməyə və onlarda təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmağa xidmət edir. Müəllimlik müqəddəs, şərəfli və eyni zamanda məsuliyyətli peşədir. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Azərbaycan cəmiyyətində müəllim peşəsinin ictimai nüfuzu yüksəlir. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ADPU zəngin elm və təhsil ənənələrinə malikdir. Yaxın gələcəkdə ADPU 100 illik yubileyini qeyd edəcək. 2017-2018-ci tədris ili ADPU-nun kollektivi üçün uğurlu göstəricilərlə başlayır. Bu il 259 nəfər 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Rektor qeyd edib ki, həyatda uğur qazanmaq üçün istedadla zəhməti birləşdirmək vacibdir. Biz sizin üçün universitetdə keyfiyyətli təhsil imkanlarının yaradılmasına çalışırıq. Sizin qarşınızda dayanan əsas vəzifə isə yaxşı təhsil alaraq ölkəmiz üçün yüksək səviyyəli mütəxəssis kimi yetişməkdir.
Səmimi və maraqlı keçən görüşlərdə ADPU-nun tarixi, keçdiyi böyük inkişaf yolu, şöhrətli məzunları, ölkəmizin ali təhsil sistemindəki yeri və mövqeyi, tədris və imtahan prosesi, universitetdə həyata keçirilən islahatlar barədə tələbələrə ətraflı məlumat verilib. Vurğulanıb ki, ADPU ölkəmizdə pedaqoji kadr hazırlığının mərkəzi hesab edilir. Universitet ölkəmizdə elm və təhsilin inkişafına dəyərli töhfələr verib və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir. ADPU-nun məzunları bu gün müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında, ümumi təhsil məktəblərində, hüquq-mühafizə orqanlarında, dövlət idarəçiliyinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.
Görüşlərdə yüksək balla universitetə qəbul olunmuş tələbələr çıxış edərək yaxşı oxuyacaqlarını, müasir və peşəkar mütəxəssis kimi yetişmək üçün əzmlə çalışacaqlarını vurğulayıblar.
Görüşlərdə tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılıb, universitetə yüksək balla daxil olan gənclərə hədiyyə olaraq kitablar təqdim edilib, dərs cədvəlləri paylanılıb, həmçinin təhsil alacaqları fakültənin dekanlığı, kafedraları, tədris auditoriyaları və elmi-tədqiqat laboratoriyaları ilə tanış ediliblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info