Əhali bu il ərzağa 11 mlrd. manat xərcləyib
Tarix: 15.09.2017 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2% üstələyərək 21,7 mlrd. manata bərabər olub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 11 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2% və 2,8% üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının 12%-i ticarət müəssisələri, 53,1%-i fərdi sahibkarlar tərəfindən, 34,9%-i isə bazar və yarmarkalarda satılıb. 2016-cı ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4%, fərdi sahibkarlar üzrə 1,9%, bazar və yarmarkalar üzrə 0,5% artıb.
 
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 141,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,1 manatlıq qeyri-ərzaq məhsulları  alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info