Norveç mətbuatı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni sazişdən yazır
Tarix: 15.09.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Norveç mətbuatı sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi üzrə yeni sazişin imzalanması barəsində məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, Dagens Næringsliv, Hegnar, Sysla, və Sunnmoringen kimi Norveç KİV-lərində Bakıda imzalanan saziş haqqında xəbərlər yer alıb.
Məqalələrdə bildirilir ki, ilk dəfə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə 1994-cü ildə imzalanıb və layihəyə ümumilikdə 33 milyard dollar sərmayə yatırılıb və 3,2 milyard barrel neft hasil olunub.
Norveçin ən iri neft-qaz şirkəti olan “Statoil”un da 7,27 faiz pay ilə qoşulduğu yeni sazişin 2050-ci ilə qədər qüvvədə olacağı vurğulanan məqalələrdə, ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcəyi, bu məbləğdən “Statoil”un payının 349 milyon dollar təşkil edəcəyi vurğulanır.
Saziş ilə bağlı “Statoil” şirkətinin beynəlxalq inkişaf və istehsalat üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer deyib: “Bu il biz “Statoil” şirkətinin Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edirik və biz bu mərhələni qeyd etmək üçün daha 25 illik “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarında iştirakımızı genişləndirməkdən daha yaxşı bir yol tapa bilmərik”. Bu yataqların dünya səviyyəli bir inkişafa səbəb olduğunu deyən şirkətin vitse-prezidenti onun “Statoil”un gələcək illərdə beynəlxalq portfelində olan əsas sahələrdən biri olacağını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info