Cəfər Cəfərov: “Düzgün seçim uğurlu karyeranın başlanğıcıdır”
Tarix: 15.09.2017 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bilik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq professor-müəllim heyətini və tələbə kollektivini, xüsusilə də, bu il universitetə qəbul olunmuş I tədris ili tələbələrini 2017-2018-ci tədris ilinin başlanması və 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib, onlara həyatda və təhsildə uğurlar arzulayıb. Rektor qeyd edib ki, düzgün seçim uğurlu karyeranın başlanğıcıdır. Ali məktəb seçimi hər bir tələbənin həyatı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki ali məktəb tələblərin gələcək təhsilində, uğurlu peşə fəaliyyətində, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. Müəllimlik müqəddəs, şərəfli və məsuliyyətli peşədir. Cəmiyyətin, ölkənin inkişafında müəllimin rolu əvəzsizdir.
Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” söyləyən ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”. Prezident İlham Əliyev elm və təhsilə böyük qayğı və diqqət göstərir. Azərbaycanda təhsil sahəsinin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Ölkə rəhbərliyi müəllim hazırlığına xüsusi diqqət yetirir. Dövlət başçımız İlham Əliyev deyib: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafında sanballı xidmətlər göstərir. Milli mədəni irsimizin böyük qayğıkeşi olan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə qayğı və diqqət təşkil edir.
Rektor çıxışında vurğulayıb ki, yeni tədris ili respublikamızın böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan ADPU-nun kollektivi üçün uğurlu göstəricilərlə başlayıb. Belə ki, 2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. ADPU-ya 2118 nəfər qəbul olunub. Onlardan 2064 nəfər qeydiyyatdan keçib. Dövlət sifarişi ilə ADPU-ya bakalavriat səviyyəsində 1039 nəfər, ödənişli əsaslarla isə 1025 nəfər qəbul olunub. ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6 faiz yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6 faizini təşkil edir. Müqayisə üçün bildirək ki, 2016-2017-ci tədris ilində bu göstərici 115 nəfər (5,3%) olub. Ötən ildən fərqli olaraq bu il 2 nəfər 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. 2017-2018-ci tədris ilində “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2 faizi, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48 faizi 500-dən çox bal toplayıb. Bu il ADPU-ya 3 ixtisas-“Təhsildə sosial-psixoloji xidmət”, “İbtidai təhsilin pedaqogikası və metodikası”, “Məktəbəqədər təhsil və təlim” ixtisaslarına 70 nəfər türkiyəli tələbə qəbul olunub. Eyni zamanda SABAH qruplarına 45 nəfər- “İbtidai sinif müəllimliyi” ixtisasına 30 nəfər, 15 nəfər isə “Riyaziyyat və informatika” ixtisasına qəbul olunub.
Yeni tədris ilində ADPU-nun Şəki Filialına 8 ixtisas üzrə 195 nəfər, Quba Filialına 6 ixtisas üzrə 148 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 119 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 108 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 99 nəfər qəbul olunub. Ümumilikdə ADPU-ya filiallar və türkiyəli tələbələrlə birlikdə 2803 nəfər qəbul olunub. ADPU-nun 5 filialı üzrə 18 nəfər 500-dən çox, 1 nəfər isə 600-dən çox bal toplayıb. 2017-2018-ci tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində 18 ixtisas, 19 ixtisaslaşma üzrə 415 plan yeri ayrılıb. Magistraturaya 386 nəfər qəbul olunub. Magistraturaya dövlət sifarişi əsasında 159 nəfər, ödənişli əsaslarla isə 227 nəfər qəbul olunub. Magistraturaya qəbul 92%-dən yuxarı olub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir.
Tədbirdə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Otra məktəbi qızıl medalla bitirərək 518 balla Filologiya fakültəsinə qəbul olunmuş tələbə Aytac Əliyeva çıxış edərək öz sevincini və xoş arzularını tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə universitetə yüksək balla qəbul olunmuş gənclərə tələbə biletləri təqdim edilib. Qeyd edək ki, sentyabrın 15-də ADPU-nun 2,3,4 nömrəli tədris binalarında, filiallarında, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində və ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr edilmiş tədbirlər keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info