Mariya Valverde: “Azərbaycanda tipik milli rəqsi oynamağı öyrəndik”
Tarix: 15.09.2017 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


İspaniyanın ABC nəşrində “Əli və Nino” filmində baş rolun ifaçısı, ispan aktrisa Mariya Valverde ilə müsahibə dərc olunub.
Aktrisa Nino obrazı, Azərbaycan mədəniyyəti haqqında fikirlərini bölüşüb.
AZƏRTAC xəbər verir ki, Mariya Valverde müsahibə zamanı qeyd edib ki, “Əli və Nino” filminin çəkilişləri ərəfəsində bir neçə həftə Azərbaycanda yaşayıb. “Bu, bizə bu ölkənin mədəniyyətini və insanlarını tanımağa kömək edib. Azərbaycan haqqında məlumat topladıq, tipik milli rəqsi oynamağı öyrəndik və bu, bizə öz qəhrəmanlarımızı daha yaxşı tanımağa yardım etdi. Burada görüşdüyüm bütün qadınlar mənə hədiyyə verirdilər. Mən onlardan Ninonun xarakterini yaratmaq üçün məlumat aldım. Yaşadıqlarım çox gözəl idi”.
Müsahibənin müəllifi Fernando Munyozun “Bu, bir növ Asiyanın “Romeo və Cülyettası”dır. Sizcə ispan tamaşaçısı asiyalı obrazlarla göstərilən bu məhəbbət hekayəsini anlamaqda çətinlik çəkməyəcək?” sualına cavab verən aktrisa deyib: “Xeyr. Bu universal bir hekayədir və bu gün dünyada, ətrafımızda baş verən hadisələrlə xeyli ortaq məqamları var”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info