Metropoliten işçiləri məktəblilərə hədiyyələr veriblər
Tarix: 15.09.2017 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


15 sentyabr – Bilik günü ilə əlaqədar “Bakı Metropoliteni” QSC daha bir sosial layihə həyata keçirib.
Sentyabrın 15-də metronun “28 May” stansiyasının girişində balaca məktəblilər üçün yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirilib.
Tədbirdə metropoliten işçiləri birinci sinfə qədəm qoyan şagirdləri qarşılayaraq, onlara məktəb ləvazimatları bağışlayıblar.
Bundan əlavə, metropoliten işçiləri “28 May” stansiyasından istifadə edən birincilərə tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatına aid suallar veriblər.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, əlamətdar günlərdə və bayramlarda metropoliten sərnişinləri daim diqqət mərkəzində saxlamağa çalışır. “Ənənəvi olaraq Bilik günündə xüsusilə də, metrodan istifadə edən məktəblilərdə dərsə olan həvəsi yaratmaq üçün onlara sürpriz edirik - müxtəlif hədiyyələr, çantalar, qələmlər və jurnallar bağışlayırıq. Əminik ki, Bilik günü ilə bağlı bu sürprizlər uşaqların yadında həmişə qalacaq”.
N.Paşayev qeyd edib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları Bilik günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib
20.10.2019
“İlham Əliyevin tapşırığı ilə komissiya yaradılıb”
20.10.2019
Azərbaycanda avtomobil almaq asanlaşdı
19.10.2019
Gələn il orta aylıq əməkhaqqı 15,5 faiz artırılacaq
19.10.2019
Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info