ADNSU-da 2017/2018-ci tədris ilinə start verilib
Tarix: 15.09.2017 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2017/2018-ci tədris ilinin başlanması və “Bilik günü” münasibətilə tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, fəxri qonaq qismində Millət vəkili Hikmət Babaoğlu, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə, həmçinin universitetin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak edib.
Universitetdən redaksiyamıza bildiriblər ki, “Bilik günü” münasibətilə tələbələri təbrik edən ADNSU-nun rektoru, professor M.Babanlı 2017/2018-ci tədirs ilinin qəbul göstəricilərini açıqlayıb.
“Bu il də universitetimizə qəbul göstəriciləri yüksək olub, hətta deyərdim ki, heç vaxt bu cür yüksək nəticə olmayıb. Belə ki, bu il 2620 nəfər bakalavr pilləsinə, 512 nəfər magistraturaya, 225 nəfər isə Sənaye Müəssiləri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutuna (SMİİYİ) qəbul olub. İlkin hesablamalara görə ADNSU-nun tələbəsi adını qazanan əcnəbi gənclərin sayı 200 nəfərdən artıqdır. Beləliklə, ADNSU-ya ümumilikdə qəbul olanların sayı 3500 nəfərdən artıqdır. Universitetin bakalavr pilləsində qəbul olan tələbələrdən 292 nəfəri 600-dən, 1000 nəfərədək isə 500-dən yüksək bal toplayıb. 1 nəfər tələbə isə prezident təqaüdünə layiq görülüb. Orta bal isə 439 bal təşkil edib”, - deyə ADNSU-nun rektoru, professor M.Babanlı bildirib.
Rektor M.Babanlı yüksək göstəricilərlə ADNSU tələbəsi adını qazanmış gənclərə yüksək səviyyədə təhsilin verilməsinin qarşıda dayanan ən mühüm məsələ olduğunu qeyd edərək universitetdə bu istiqamətdə iş aparıldığını diqqətə çatdırıb.
Tələbələri “Bilik günü” münasibətilə təbrik edən AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İ.Məmmədzadə “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda çıxış edib.
Millət vəkili Hikmət Babaoğlu tələbələrə tədris prosesində uğurlar arzulayıb və Azərbaycanın elm tarixində mühüm yer tutan dünyaşöhrətli neft korifeyləri yetişdirən Azİİ-ni seçdikləri üçün onları təbrik edib. “Mən əminəm ki bundan sonra da ADNSU-da Azİİ-nin tanınmış məzunları kimi istedadlı şəxsiyyətlər və neftçilər yetişəcək, ”- deyə H.Babaoğlu bildirib.
Sonra ən yüksək bal toplayaraq ADNSU-ya qəbul olmuş I kurs tələbələrinə tələbə biletləri və hədiyyələr təqdim edilib. Tədbirin sonunda 2016/2017-ci tədris ilinin yaz imtahan sessiyasında hər kurs üzrə bir qrup olmaqla üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info