Süni intellektin inkişafı ixtisara düşən əməkdaşların sayını artıracaq
Tarix: 15.09.2017 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


“Boston Consulting Group” (“BCG”) şirkətinin araşdırmasına görə, yaxın 5 ildə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarının təxminən 50%-i süni intellekt texnologiyalarının inkişafı səbəbindən öz heyətində ixtisarlar gözləyir.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, şirkət 112 ölkədən 3 mindən çox şirkət rəhbəri, menecer və analitiklər arasında sorğu keçirib. Sorğunun nəticəsinə əsasən, süni intellektin inkişafı nəticəsində respondentlərin 47%-i yaxın 5 ildə öz şirkətlərində ixtisarlar gözləyir" – araşdırmada deyilir.
Bundan başqa, rəyi soruşulmuşların təxminən 80%-i hesab edir ki, süni intellekt mövcud əməkdaşların bacarıqlarını zənginləşdirəcək. Respondentlərin 31%-nin fikrincə isə bu texnologiyaların inkişafı onların şəxsi vəzifələrinin çevrəsini azaldacaq. 13% isə süni intellekt texnologiyalarında nə risk, nə də imkanlar görmür.
"Əksər şirkətlər süni intellekt texnologiyalarının informasiya texnologiyaları, əməliyyat fəaliyyəti və istehsalı, çatdırmalar loqistikasının idarəetməsi və müştərilərlə işə əhəmiyyətli təsirini proqnozlaşdırır" - araşdırmada deyilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info