“Milli şura”nın “bədən“i yoxdur, indidən “baş“ı haqqında düşünürlər”
Tarix: 07.05.2013 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


“Milli şura” xalqın gözləntilərinə cavab verməyən bir qurumdur”

Müxalifət düşərgəsində bir qisim radikal müxalif qurumların “milli şura” yaratmaq iddialarına qeyri-ciddi münasibət göstərilməsi daha qabarıq özünü büruzə verməkdədir. Artıq düşərgədə hamı “milli şura”nın müxalifətdə yeni didişmə mövzularından biri olduğunu düşünür. Hazırda isə “milli şura”ya bir nəfərin yox, bir neçə nəfərin sədrlik etməsi haqqında çəkişmələr var.
Belə ki, müxalifət partiyaları bir nəfərin sədr olub, fəaliyyəti nəzarət altına almasına qarşıdırlar. Bu da müxaliflərin bir-birinə inamsızlığından qaynaqlanır. Bu barədə mətbuata fikirlərini bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu hesab edir ki, “milli şura”da yaradılması təklif olunan həmsədrlik institutu heç nəyi dəyişməyəcək: "Bununla heç nə dəyişməyəcək, çünki “milli şura” Azərbaycan xalqının gözləntilərinə cavab verməyən bir qurumdur. Antidemokratik proseslərin Azərbaycan xalqına heç bir xeyri ola bilməz. Hələ ayı vurulmayıb, dərisini bölürlər". Hələ “milli şura”nın "bədən"i yoxdur, indidən "baş"ı haqqında düşünürlər. Gülməli bir şeydir". Hazırda həmsədrlik institutu ilə bağlı mövcud olan fikir ayrılığına münasibət bildirən Cəlaloğlu qeyd edib ki, belə fikir ayrılığı təbiidir, çünki elə o “milli şura”nın təəssübkeşləri fikir ayrılığında olan adamlardır: "Burada din davası yox, un davası gedir. Əslində Eldar Namazov daha çox istəyir ki, “milli şura” Rüstəm İbrahimbəyovun vasitəsilə onun nəzarətində olsun. Çünki Rüstəm İbrahimbəyovun nə təşkilatçılıq qabiliyyəti, nə də siyasi təcrübəsi var. Çox güman ki, Rüstəm İbrahimbəyov sədr olacağı tədqirdə “milli şura” Eldar Namazov tərəfindən idarə olunacaq".
Onun fikrincə, Əli Kərimli ilə İsa Qəmbərin də öz maraqları var. "Onlar istəyirlər ki, “ictimai palata”nın burada nüfuzunu bərpa etsinlər, “milli şura”nı “ictimai palata”nın nəzarətinə alsınlar. Bu baxımdan dava gedir. Görək hansı hansına qalib gələcək" - deyə ADP sədri vurğulayıb.
Qeyd edək ki, “milli şura”ya Müsavat başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin və “ziyalılar forumu”nun sədri Rüstəm İbrahimbəyovun həmsədrlik edəcəkləri deyilir. "El" qurumunun rəhbəri Eldar Namazov isə həmsədrlik institutunun tərəfdarı olmadığını deyərək ən yaxşı variant kimi “milli şura”ya Rüstəm İbrahimbəyovun rəhbərlik etməsini təklif edib. Doğrudan da Namazov Əli Kərimli və İsa Qəmbərə qarşı R.İbrahimbəyovdan iştirak etməyə çalışır. O, seçkidə namizəd olmayacağını vəd edən İbrahimbəyovun “sümüksüz balıq” olduğunu sərgiləməyə çalışmaqla digər müxalifləri ona “beyət” etməyə çağırır. Halbuki faktiki olaraq İbrahimbəyov Namazovla eyni cəbhədən çıxış edir ki, sonda da o, Namazovun “milli şura” adından yararlanaraq namizəd olmasına “stavka” edəcək. Bunu gözləri altına alan İsa Qəmbər kimi müxaliflər isə güzəştə getmirlər. İsa Qəmbər bununla barışmayacağını bütün kəskinliyi ilə qabardır. Kərimli isə burada fərqli mövqe tutub. Bu adam hələ də namizədliyi ilə bağlı danışmaqda tərəddüd edir. Kərimlinin eyni zamanda İsa Qəmbəri dəstəkləməyəcəyini də qəbul etsək, bu məsələdə onun Namazovun yanında yer almağa can atacağı ağlabatandır. Amma Namazov seçkidə pul qazanmaqda Kərimlinin ümidlərini doğrultmazsa, AXCP sədri başqa variantlar düşünmək zorunda qalacaq…

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info