“Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir”
Tarix: 15.09.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


“Sizi yeni dərs ili münasibəti ilə təbrik edirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaq, işləyəcəksiniz. Bütün şagirdləri, müəllimləri bu gözəl hadisə münasibəti ilə təbrik etmək istəyirəm”.
 
APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, 20 nömrəli məktəb dünyanın ən yüksək standartlarına cavab verir: “Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olub. Bu gün də ölkənin ən böyük məktəbi kimi fəaliyyətini yeni binada davam etdirir”.

Prezident İlham Əliyev bildirib ki, 10 il əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülüb: “Mən bu məktəbdə olmuşdum, təmir işləri aparılmışdı. O vaxt üçün bəlkə də təmir işləri pis aparılmamışdı. Ancaq bu, bizim bugünkü inkişaf səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni bina tikilsin. Xatırlayıram ki, o vaxt müəllimlər və şagirdlərdə müəyyən fikirlər, narahatlıqlar vardı ki, bu məktəb söküləcək və yerində başqa bina tikiləcək. Bəzən şəhərdə belə şayiələr gəzir. Ancaq bizim planımız başdan bundan ibarət idi ki, 20 nömrəli tarixi məktəbin yerində yeni məktəb tikilsin. 2,5 il ərzində möhtəşəm bir bina tikildi. Bu gün ölkəmizin ən böyük və gözəl məktəbi 20 nömrəli məktəbdir. Bu adı qazanmaq o qədər də asan deyil. Çünki son illər bölgələrdə və Bakıda bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. 20 nömrəli məktəb bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaq”.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info