Prezident: “Təhsilin keyfiyyəti artır, biz bunu görürük”
Tarix: 15.09.2017 | Saat: 19:17:00 | E-mail | Çapa göndər


“Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fonduverib. ‘Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəb tikildi”.
 
APA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib. 
 
Dövlət başçısı deyib ki, 2004-cü ildən bu günədək 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılıb, bir çox məktəb yenidən tikilib: “Bu proses davam edir və edəcək. Çünki qəzalı vəziyyətdə məktəblər var. Digər tərəfdən, Azərbaycanda uğurlu iqtisadi siyasət inkişafı ilə əhalinin sayında artım müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Nə qədər əhalimiz artsa, ölkəmiz də o qədər də güclənəcək. Hər il məktəblərə gələn uşaqların sayı artır. Belə olanda hər il məktəblərin tikintisi prosesi davam etdirilməlidir. Məktəblərin maddi-texniki bazasının güclənməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır, biz bunu görürük. Son illər bu, özünü ali məktəblərə qəbul imtahanlarında özünü büruzə verir. Bizim məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında yüksək nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanıblar, onların aralarında qızıl medal da var. Təhsilin keyfiyyəti bizim üçün prioritet məsələdir. Ancaq şagirdlərdən və müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb tək şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin də əməkhaqqı artır. Xüsusən, diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artıb. Mənə verilən məlumata görə, Bakı şəhərində müəllimlərin orta aylıq əməkhaqqı 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir. Müəllimlərin əməkhaqqı daha da artmalıdır, nə qədər artarsa, o qədər yaxşıdır”.  




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
“Naxçıvan kuboku – 95” beynəlxalq turniri başa çatıb
18.10.2019
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 335 min manat ayrılıb
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info